Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin gənclərlə görüşü təxirə salınıb. Modern.az-ın məlumatına görə, Cəmil Həsənlinin seçicilərlə görüş-mitinqi sentyabrın 28-ə təyin olunduğunundan həmin günə planlaşdırılan görüş baş tutmayacaq. Gənclərlə görüş başqa vaxt keçiriləcək.
Milli Şura üzvü Asəf Quliyev bildirib ki, Cəmil Həsənlinin gənclərlə görüşünün nə vaxta keçiriləcəyi haqda bu gün qərar veriləcək.
Qeyd edək ki, 28 sentyabr saat 13:00-da Vətəndaş Həmrəyliyi Partiyasının konfrans zalında Cəmil Həsənlinin gənclərlə görüşü planlaşdırılırdı.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?