GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.biz » Siyasət » Prezident nələrə işarə etdi: Qarabağ, sülhməramlılar, status... - GƏLİŞMƏ

Prezident nələrə işarə etdi: Qarabağ, sülhməramlılar, status... - GƏLİŞMƏ

Tarix: 1-03-2021, 11:36 Bölmə :Siyasət Baxış: 36
Prezident nələrə işarə etdi: Qarabağ, sülhməramlılar, status... - GƏLİŞMƏ


“60-70 min erməni statusu vermək məcburiyyətindəyiksə, Azərbaycanın digər azlıqlarının statusu ilə bağlı suallar da ortaya çıxacaq”

Azərbaycan Prezidenti İlham Əliyev müharibənin Azərbaycanın qələbəsi ilə yekunlaşdığını və münaqişənin Azərbaycanın istədiyi kimi sona çatdığını söylədi. Bu fikirləri, Azərbaycan Prezidentinin sülhməramlılar və Qarabağın statusu məsələlərinə də toxunduğu mətbuat konfransının əsas nəticələrini AYNA-ya şərh edən politoloq Zərdüşt Əlizadə səsləndirib.

Onun fikrincə, Azərbaycan cəmiyyətinin Qarabağda sülhməramlı qüvvələrin varlığının Azərbaycanın suverenliyinə təhdid olduğuna inanan hissəsindən fərqli olaraq, Prezidentin sülhməramlılara qarşı tamamilə müsbət fikirdə olduğu aydındır: “Bəzi insanlar bu sülhməramlıların dərhal getməli olduğuna inanırlar. Yalnız savadsız insanlar belə deyə, düşünə və tələb edə bilər. Bununla belə, İlham Əliyev Rusiya hakimiyyəti ilə, xüsusən də Putinlə müsbət münasibətlərinə əmindir və bu səbəbdən də bu sülhməramlılara müsbət münasibət bəsləyir. Azərbaycan Prezidenti sülhməramlılardan heç bir təhlükə görmür”.

Əlizadə bildirib ki, dövlət başçısının toxunduğu əsas mövzulardan biri də Azərbaycanın Qarabağın statusu məsələsindən danışmayacağıdır: “Prezident çıxışında Qarabağın statusu ətrafında bəzi intriqaların ortaya çıxması barədə xəbərdarlıq etdi. Bu müzakirələrə qarışmaq istəmir. Əgər 60-70 min erməniyə status vermək məcburiyyətində qalırıqsa, o zaman Azərbaycanın digər azlıqlarının statusu ilə bağlı suallar yaranacaq. Beləliklə, Azərbaycanın bir dövlət olaraq, özünün varlığına təhlükə yarana bilər. Bu səbəbdən Prezident heç bir status olmayacağını söyləyir”.

ATƏT-in Minsk Qrupuna üzv dövlətlərin status məsələsini müzakirə etməkdə israr edəcəklərini düşünən analitik, Rusiyadan başqa digər üzv dövlətlərin Azərbaycanın bu məsələni müzakirə etməsi üçün real təsir gücünə malik olmadığını söyləyib: “Üstəlik, Ermənistanın Azərbaycanı hansısa statusu müzakirə etməyə məcbur etmək üçün heç bir gücü yoxdur. Deməli, Ermənistan indi daxili çəkişmələri ilə məşğuldur, sülhməramlılar Qarabağdakı vəziyyətə nəzarət edir və İlham Əliyev bu sülhməramlıların ən yüksək rəhbərliyi ilə yaxşı münasibətlərə malikdir, ona görə də özünə inamlı davranır”.

“Azərbaycan Prezidenti müharibənin Azərbaycanın qələbəsi ilə başa çatdığını və münaqişənin Azərbaycanın istədiyi kimi sona çatdığını təsdiqləyir. Əslində, bunun necə olacağını zaman göstərəcək”, - deyə politoloq vurğulayıb.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov, öz növbəsində AYNA-ya deyib ki, xarici və yerli KİV-lər üçün təşkil edilən mətbuat konfransı, daha çox Azərbaycan ictimai rəyinə ünvanlanmışdı: “Cavablar, əsasən münaqişədən sonra Azərbaycan cəmiyyətində yaranan suallar, xüsusən Qarabağ və sülhməramlıların statusu ilə bağlı idi. Düşünürəm ki, Prezident bu suallara hərtərəfli cavab verdi. Statusun bizə tətbiq ediləcəyi, sülhməramlı qüvvələrin mövcudluğu ilə bağlı təhdidlərin, Prezidentin fikrincə, heç bir əsası yoxdur”.

Analitikin fikrincə, ölkə rəhbəri İrəvandakı revanşist qüvvələrə də açıq bir mesaj verib: “İlham Əliyev Putinin, Ermənistan müqavilədən çıxmaq istəsə, başına gələcək hadisələr barədə dediklərini əbəs yerə təkrarlamadı. Və sonra Azərbaycan Prezidenti Rusiya və Putinin anlaşmanın qarantı olduqlarını açıqladı. Yəni, bu razılaşmadan çıxmaları halında, revanşistlərin vəziyyəti daha da pisləşəcək və ağrılı olacaq”.

Zülfüqarov da əmindir ki, Qarabağın inteqrasiyası sistemli şəkildə davam edəcək və Qarabağ erməniləri digər Azərbaycan vətəndaşlarından fərqli heç bir xüsusi hüquq almayacaqlar: “Sülhməramlıların Qarabağda olmasının səbəbi vəziyyəti normallaşdırma prosesi və Azərbaycan cəmiyyətinə addım-addım inteqrasiya prosesinin getməsidir. Bir uyğunlaşma dövrü keçməlidir. Reinteqrasiyanın özü hüquqi sahədən tutmuş humanitar məsələlərə qədər bir neçə aspekti nəzərdə tutur və bunun reallaşması uzun bir müddət tələb edir”.

Ekspertin fikrincə, bir çox məsələlərin həlli, yeni reallığa vərdiş etmək üçün müəyyən vaxt tələb olunur və bu, təkcə ermənilərə deyil, həm də Qarabağdakı ermənilərin qonşusu olacaq azərbaycanlılara aiddir: “İndi icmaların bir-birilərini qonşu kimi görməyə hazır olduğunu iddia edə bilmərik. Prezident vəziyyəti necə gördüyünə dair siyasi təlimat verdi. İndi hüquq-mühafizə orqanları vəziyyəti təhlükəsizlik baxımından sabitləşdirmək üçün bir sıra təkliflər verməli olacaq. Daha sonra digər strukturların da təklif verməsi zamanı gələcək”.

Gundenmxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Sülhməramlılar”ın Qarabağda qanunsuz “anti-terror” təlimləri - Əgər, silahlı erməni birləşmələrini çıxarsalar...

    “Sülhməramlılar”ın Qarabağda qanunsuz ...

    25-01-2021, 20:24

  • 
  • İlk anlaşmadan iki ay sonra: İkinci raund nə ilə nəticələndi? - GƏLİŞMƏ

    İlk anlaşmadan iki ay sonra: İkinci raund nə ilə ...

    13-01-2021, 12:02

  • 
  • Prezidentin köməkçisindən Polad Bülbüloğluna ETİRAZ

    Prezidentin köməkçisindən Polad Bülbüloğluna ...

    13-11-2020, 11:20

  • 
  • İlham Əliyev Putinlə Türkiyə sülhməramlıları haqda danışdı

    İlham Əliyev Putinlə Türkiyə sülhməramlıları ...

    11-11-2020, 12:48

  • 
  • Rusiya qoşunu Xankəndiyə girir - Foto

    Rusiya qoşunu Xankəndiyə girir - Foto ...

    11-04-2016, 17:39

  • 
  • "Erməni qoşunu çıxmalıdır" ...

    10-08-2014, 18:27



Bu sayımız

Təqvim

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Arxiv xəbərlər

Aprel 2021 (371)
Mart 2021 (563)
Fevral 2021 (610)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (689)
Avqust 2020 (766)
İyul 2020 (769)
İyun 2020 (677)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (669)
Yanvar 2020 (529)
Dekabr 2019 (653)
Noyabr 2019 (558)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (547)
Avqust 2019 (454)
İyul 2019 (617)
İyun 2019 (462)
May 2019 (586)
Aprel 2019 (560)
Mart 2019 (461)
Fevral 2019 (491)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (733)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (828)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (860)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (852)
Dekabr 2017 (948)
Noyabr 2017 (1152)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1513)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (559)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (351)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (438)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 

Sayğac

    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri

    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu