Rusiyanın nəhəngi “Milli Media Qrup”un (MMQ) Direktorlar Şurası çərşənbə axşamı keçirdiyi səsvermə ilə yeni sədr seçib.
Anspress-in məlumatına görə, yeni sədr Rusiya prezidenti Vladimir Putinin sevgilisi olduğu iddia olunan, keçmiş deputat, Olimpiya çempionu və nəhayət gözəl xanım Alina Kabayevadır.
Qeyd edək ki, MMQ Peterburqun “Beşinci kanal”ı, REN-TV, İzvestiya qəzeti, “Rusiya xəbərlər xidməti” radiostansiyasının və “Birinci kanal”ın səhmlərinə sahibdir.
1983-cü il təvəllüdlü Alina Maratovna Kabayeva Daşkənddə doğulub və böyüyüb. O, bədii gimnastika üzrə Olimpiya çempionu, onlarla dünya və Avropa çempionatlarının qızıl medalına sahibidir. 5-ci və 6-cı çağırış Rusiya Dumasının deputatı seçilən Alina iqtidar partiyasının üzvüdür. Əməkdar idman ustası və bir çox mükafat laureatıdır.
Kabayevanın RF prezidenti Putinlə evlənməsi isə 2008-ci ildə Rusiya və Qərb mətbuatında gedən məqalələrdə iddia olunub. Kabayeva bu günə kimi xəbəri təsdiqləməyib və şəxsi həyatı barədə danışmaqdan da imtina edir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?