Prezident İlham Əliyev BMT-nin forumunun Bakıda keçirilməsi ilə bağlı sərənbcam imzalayıb. ANS PRESS-in məlumatına görə, BMT-nin Sivilizasiyalar Alyansı Dostlar Qrupunun Nazirlər Toplantısında Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi haqqında qərar ötən il qəbul edilib. Forum 2016-cı ildə baş tutacaq.
Tolerantlığın məkanı, multikultural ənənələrə sadiq müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanması və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönəlmiş mühüm layihələrin, mötəbər forumların gerçəkləşdirilməsi sahəsində zəngin təcrübəyə malikdir.
Sərancam Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində yüksək səviyyədə təşkilinin Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun daha da artırılmasında, Azərbaycan xalqının tarixi-mədəni irsinin geniş miqyasda tanıdılmasında əhəmiyyətini nəzərə alaraq imzalanıb.
Sərəncamla 7-ci Qlobal Forumunun 2016-cı il 25–27 aprel tarixlərində Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılması göstərişi verilib. Komitəyə aşağıdakı şəxslər daxil olacaq:
Təşkilat Komitəsinin sədri Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Təşkilat Komitəsinin üzvləri Nadir Hüseynov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Oruc Zalov – Azərbaycan Respublikası daxili işlər nazirinin müavini Əli Şəfiyev – Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini İlqar Fətizadə – Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini İltimas Məmmədov – Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Firudin Qurbanov – Azərbaycan Respublikası təhsil nazirinin müavini İntiqam Babayev – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Elsevər Ağayev – Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Musa Pənahov – Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini Sevda Məmmədəliyeva – Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Əsgər Abdullayev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Gündüz İsmayılov – Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova – Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Pərviz Musayev – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini Fərhad Tağızadə – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini Samir Nuriyev – Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əfqan Şahmarov – Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəisi Arif Məmmədov – "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti Adil Kərimli – Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Vasif Eyvazzadə – Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Təşkilat Komitəsinin katibi
Təşkilat Komitəsi Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsi ilə bağlı zəruri məsələləri həll etmək tapşırılıb.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?