8 aydı maaş almayan “Bakı”nın akademiyasına yeni “sponsor” tapılıb.
AFFA burda çalışan 14 məşqçinin aylıq nəvacibinin bir hissəsini ödəməyi öz üzərinə götürüb.
Konkret olaraq hər məşqçiyə 500 manat veriləcək. Bu proses Hafiz Məmmədovun biznes fəaliyyətini qaydasına salmasına, yəni, klubu saxlamağa imkanı çatanadək davam edəcək. Federasiya buna borc şəklində üstlənib (sportinfo.az).
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?