"Real"ın baş məşqçisi Zinəddin Zidan komandanın "Celta" üzərindəki qələbəsindən sonra medianın qarşısına çıxıb. Goal.az xəbər verir ki, gənc mütəxəssis xüsusilə Kriştianu Ronaldunun 4 qol vurmasına diqqəti çəkib.
"Fasilədə intensivliyi artırmaq qərarına gəlmişdik. 90 dəqiqə yaxşı oynamaq mümkün deyil. İkinci hissəyə "Real" daha yaxşı başladı. İlk qolu vurandan sonra hər şey yaxşı oldu. Kriştianu 4 qol vurdu. O, unikaldır. Ronaldunun etdiklərini çox az futbolçu edə bilər. O, 40 dəqiqəyə 4 qol vurdu. Futbolçu kimi bunu heç zaman bacarmamışam. İstəyirəm ki, bütün futbolçular meydana çıxsınlar. Güclü heyətimiz var. Hansı futbolçunun meydana çıxacağını təyin etmək çətindir. Əsas heyətə düşənlər özünü doğruldur, əsası budur. Yeni simalar komandaya daha çox enerji gətirir".
Sorğu
Yeni dizaynımız necədir?