Ölkə çempionu “Qarabağ” bu gün beynəlxalq arenada növbəti sınağına çıxıb. Apasport.az saytının məlumatına görə, Ağdam klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Fiorentina”nın qonağı olub.
İlk turda Bakıda “Slovan”la heç-heçə edən “Qarabağ”ı bu dəfə çətin səfərdə ağır məğlubiyyətə üzülüb. Ağdamlılar matça fəal başlasa da, 30-cu dəqiqədə Elvin Yunuszadənin aldığı qırmızı vərəqə bütün planları korlayıb.
İlk hissədə 5 dəqiqə ərzində 3 qol buraxan Qurban Qurbanovun yetirmələri, ikinci hissədə daha iki dəfə öz qapısından top çıxarmağa məcbur olub.
Çempionumuzun gücü isə yalnız təsəlli qoluna çatıb. Matça əlavə olunmuş 2-ci dəqiqədə Ndlovu fərqi azaldıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?