"Mançester Yunayted"in hücumçusu Zlatan İbrahimoviç mövsümün sonunda komandasını dəyişə bilər.
gundemxeber.az goal.az-a istinadən xəbər verir ki, bunu isveçli forvard özü deyib.
36 yaşlı futbolçu gələcək karyerası ilə bağlı qərar vermədiyini söyləyib: "Hələ heç nə bilinmir. Burada 100 qol vurmalıyam. Yeni müqavilə bağlayıb-bağlamamağım bundan asılıdı. Görək, gələcəkdə necə olacaq".
Qeyd edək ki, "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo bir neçə gün əvvəl İbrahimoviçin komandada qalacağını açıqlamışdı.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?