21 yaşadək futbolçulardan ibarət millimizin oyunçusu Ozan Can Kökcünü "Fənərbağça" da transfer etmək istəyib.
gundemxeber.az qol.az-a istinadən xəbər verir ki, martın 28-də Türkiyə ilə Azərbaycanın U-21 yığmaları arasında keçirilən yoxlama matçından əvvəl isə İstanbul klubunun nümayəndələri Ozan Canla görüşüb onu transfer etmək istədiklərini bildiriblər. Ancaq O.C.Kökcünün meneceri olan atası Halis Kökcü artıq "Bursaspor"a söz verdikləri üçün "sarı-lacivərdlilər"in təklifinə "yox" deyib.
Məlum olub ki, H.Kökcü bir həftə öncədən Bursaya gedərək, klubun bazasını gəzib və rəhbərliklə görüşüb. Baş məşqçi Mutlu Topçu ilə də oğlunun gələcəyini müzakirə edən H. Kökcü ən doğru variantın elə "Bursaspor" olduğu qənaətinə gəlib. H.Kökcünun "Bursaspor"u seçməsinin əsas səbəbi isə klubun aşağı yaş qruplarına xüsusi önəm verməsi olub.
Qeyd edək ki, O.C.Kökcü "Bursaspor"la 4 illik müqavilə imzalayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?