"Atletik"in baş məşqçisi Ernesto Valverde mövsümün sonu komandadan ayrılacağını açıqlayıb.
gundemxeber.az qol.az-a istinadən xəbər verir ki, bu haqda 53 yaşlı məşqçi özü bildirib.
Qeyd edək ki, Valverde Bilbao klubunda işlədiyi 4 ildə komandanı son 16 ildə ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə çıxarıb, həmçinin 2015-ci ildə ölkə kuboku və superkubokunu qazanıb.
O, Luis Enrikenin gedişindən sonra "Barselona"nın baş məşqçisi vəzifəsinə əsas namizədlərdən sayılır. Kataloniya klubunun futbolçularının da Valverdenin namizədlliyini dəstəklədiyi bildirilir.
Sorğu
Yeni dizaynımız necədir?