Mariya Şarapovanın illik gəliri 29 milyon dollardır
Dünyaşöhrətli Forbes jurnalı dünyanın ən varlı qadın idmanşılarının siyahısını tərtib edib. Məhşur tennisçi Şarapova 29 milyon dollar illik gəlirlə siyahıya başçılıq edir.
Jurnalda dərc edilib ki, 29 milyon dollardan 6 milyonu-mükafat, yerdə qalan 23 milyon isə sponsorlarla müqavilələrdən əldə olunan gəlirdir. Forbes jurnalında həmçinin qeyd edilir ki, Şarapova artıq 9-cu dəfədir ki dünyanın ən varlı qadın idmançısı seçilir.
Reytinqdə ikinci yeri 20.5 milyon dollarla amerikan tennisçi Serena Uilyams, üçüncü yeri 18.2 milyon dollarla çinli tennisçi Li Na, dördüncü yeri 15.7 milyon dollar gəlirlə belorusiyalı tennisçi Viktoriya Azarenko və nəhayət, 5-ci yeri 15 milyon dollarla amerikan yürüşçü Danika Patrik tutur.
Qeyd edək ki, dünyanın ən çox qazanan idmançıları siyahısında Şarapova 22-ci yerdədir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?