Şimali Koreya diktatoru Kim Jong Un Pxenyandakı uşaq evini ziyarət edir. Dövlət Televiziyasında yayılan bu reportajda kimsəsiz uşaqlara baş çəkən dikatotoru onun bacısı Kim Yo Jong da müşahidə edir (qara kostyumlu qadın). Yo Jong-un ötən ilin noyabrında Əmək partiyası katibinin müavini vəzifəsinə gətirildiyi bildirilirdi. Onun müxtəlif mənbələrə əsasən 26-28 yaşı var. Yo Jong (bəzi mənbələrdə adı Yo-jong yazılır) diktatorun hakimiyyətdə təmsil olunan yeganə qohumudur. Diktator bacısının hakim partiya katibi Choe Ryong Hae-in oğlu ilə ailə qurduğu da bildirlir. Lakin bu xəbərlərin heç biri rəsmi Şimali Koreya informasiyalarına əsaslanmır. Qərb mətbuatı Qapalı ölkə olan Şimali Koreya haqda məlumatları rəsmi kanalların görüntülərini şərh edən ekspertlərin fikirləri əsasında yazmalı olur. (Reuters)
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?