gundemxeber.az axar.az-a istinadən bildirir ki, bu sözləri Almaniya kansleri Angela Merkel Federal Məclisdə çıxışı zamanı Böyük Britaniyanın AB-dən çıxma qərarına münasibət bildirərkən deyib.
Merkel nitqində AB-nin bir dönüş nöqtəsində olduğunu bildirib:
"Böyük Britaniyanın birlikdən ayrılması Avropa üçün qırılma anlamı daşıyır. AB-dən ayrılma prosesi 2 il davam edəcək və bu zaman ərzində sözügedən ölkə üzv statusunda qalacaq. İngilis xalqının seçiminə hörmət edirik. Eyni zamada ingilis həmkarlarımızın tələsməmələrini tövsiyə edirik".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?