"Macdonalds" resotanlar şəbəkəsinin Latın Amerikası ölkələri üzrə nümayəndəsi Arcos Dorados "Biq Mak"ın satışının dayandırıldığına dair açıqlama yayıb.
gundemxeber.az publika.az-a istinadən bildirir ki, buna səbəb "Biq Mak"ın hazırlanmasında istifadə edilən çörəyin bitməsi olub. Xatırladaq ki, bir qədər əvvəl Venesueladakı bu restoranlar şəbəkəsində kartof-fri-nin satışı dayandırılmışdı.
Nəzərə çatdıraq ki, hazırda Venesuela tarixinin ən böyük iqtisadi böhranını yaşayır. Bir çox qida məhsullarının qıtlığı səbəbindən illik inflyasiyanın 700 faizə çatması gözlənilir.
Sorğu
Yeni dizaynımız necədir?