ABŞ-ın 45-ci prezidenti Donald Tramp amerikalı repçi Kanye Uestlə görüşüb.
gundemxeber.az axşam.az-a istinadən xəbər verir ki, görüş Nyu-Yorkda "Tramp-Tower" göydələnində baş tutub. Bu barədə geniş danışmaq istəməyən tərəflər uzun illərin dostu olduqlarını bildiriblər.
"Kanye yaxşı insandır. Biz onunla artıq uzun illərdir dostluq edirik", - deyə D.Tramp vurğulayıb.
Kanye isə həmişə Donaldın yanında olduğunu, hətta, seçkilərdə də onu dəstəklədiyini söyləyib:
"Mən seçkilərdə iştirak edə bilmədim. Amma etsəydim, səsimi, təbii ki, Trampa verəcəkdim".
Bəzi mənbələr ABŞ liderinin repçiyə prezident administrasiyasında vəzifə verəcəyini qeyd edirlər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?