Suriyanın paytaxtı Dəməşq şəhərində dindarları daşıyan avtobuslarda partlayış törədilib.
gundemxeber.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, iki partlayış nəticəsində azı 40 nəfərin öldüyü, 120-ə yaxın insanın yaralandığı bildirilir. Hadisə Dəməşqin Bab Musələ bölgəsində yerləşən Bab-əs Səqir məzarlığı yaxınlığında törədilib.
İçərisində dindarların olduğu avtobuslar məzarlığın yanından keçərkən yolun kənarında quraşdırılan partlayıcı qurğular işə düşüb. Ölənlərin böyük əksəriyyəti şiə təriqətinə mənsub İraq vətəndaşıdır.
Bab-əs Səqir məzarlığında Kərbəla döyüşündə iştirak edənlərin qalıqları basdırıldığından bu məkan şiə müsəlmanların ziyarətgah yeri sayılır.
15:22
Suriyanın paytaxtı Dəməşqdə "Bab əs-Saqir" qəbiristanlığının yaxınlığında iki dəfə partlayış törədilib.
Bu barədə yerli polisin məlumatında bildirilir.
Polisin sözlərinə görə, hadisə nəticəsində bir neçə nəfər ölüb, xəsarət alanlar
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?