gundemxeber.az beynəlxalq xəbər agentliklərinə istinadən bildirir ki, ABŞ-ın Mussouri əyalətində müəlliməlik edən 37 yaşlı Amanda Schweitzer 13 yaşlı oğlan şagirdinə təcavüz etməsi ittihamı ilə həbs olunub.
17 ay əvvəl evləndiyi bildirilən kadının 13-14 yaşlarında digər oğlan şagirdlərinə də çılpaq şəkillərini göndərdiyi üzə çıxıb.
Şagirdlərindən biri C. A. ilə cinsi əlaqəsi sübuta yetirilən müəllimə həbs olunub.
Polisin verdiyi açıqlamada bildirilir ki, 17 ay öncə ailə quran və 2 uşaq anası olan sözü gedən müəllimə oğlan şagiridini öz maşınına otuzduraraq Joplin kəndində özünə aid böyük bir evə aparıb. Üç yataq otağı olan evdə yataq otaqlarının birinə giriblər. Amanda Schweitzer əvvəl özü, sonra isə 13 yaşlı oğlanı soyunduraraq ona cinsi təcavüz edib.
37 yaşında bir qadının 13 yaşlı uşağa qarşı cinsi təcavüzü cinayət xarakteri daşıdığından qadın həbs olunub və 2010-cu ildən bəri çalışdığı məktəbdən qovulub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?