Nepalda Tharu qəbiləsinin qadınları kralın seks köləsi olmamaq üçün bədənlərinə eybəcər döymələr edirlər.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, Nepalda yerləşən Tharu qəbiləsindəki qadınların qollarında, əllərində, və ayaqlarında mürəkkəb döymələrlə qarşılaşmaq mümkündür.
Tharu qəbiləsində kral ailəsi yaz boyu kəndləri ziyarət edib, qəbilənin ən gözəl qızlarını kölə kimi seçirdi. Qəbilə qadınları isə onları özlərindən uzaqlaşdırmaq üçün bədənlərinə döymə etdirirlər.
Həmçinin o dövrlərdə döymə, yetkinlik dövründəki qız üçün vacib hesab olunurdu. Döyməsi olmayan qızlarla danışılmır, ailə qurulmur və digər qəbilə üzvləri tərəfindən təcrid olunurdu. Buna görə də xalq tərəfindən qəbul olunmaq üçün döymə çəkdirməyə məcbur olurdular. Üçüncü səbəb isə döyməsi olan qadının öldükdən sonra cənnətə gedəcəyi inamı ilə bağlı idi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?