İngiltərədə yenidən seçkilər keçirilə bilər. Bu sözləri Britaniya Leyborist Partiyasının sədri Ceremi Korbin BBC-yə açıqlamasında deyib. "Seçicilərin inamsızlığını nəzərə alsaq, bu, qaçılmazdır. Seçkilərdə heç bir partiya hökumət qurmaq üçün lazımlı səsi təmin edə bilmədi. İngiltərə Baş naziri Tereza Meyin koalisiya hökuməti qurmaq cəhdlərinə qarşı yüz minlərlə imza toplandı. Bütün bunlar kifayət edir ki, növbəti ilin ilk aylarında yenidən seçkilər keçirilsin" - deyə, o bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?