İstanbulun mərkəzi Taksim meydanı və ətraf ərazilərdə gərginlik davam edir.Türkiyə KİV-lərinə istinadən xəbərə görə Taksimdəki Gəzinti Parkının söküntüsü ilə başlayan və artıq AKP hökumətinin istefası tələb edilən etiraz aksiyaları Türkiyənin digər şəhərlərində də keçirilməkdədir. Türkiyə daxili işlər naziri Müəmmər Gülər bu gün səhər mediaya açıqlamasında bildirib ki, iğtişaşlar zamanı 939 nəfər saxlanılıb, 79 nəfər yaralanıb. Yralananlardan 26-sı polis əməkdaşı, 53-ü vətəndaşdır. Müəmmər Gülər hazırda Taksimdə etirazların davam etdiyini, polisin olaya müdaxilə etmədiyini qeyd edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?