Gənclər məmur olmaqla deyil, sahibkarlıqla maraqlansınlar.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gənclər Şurasında çıxışı zamanı deyib. O bildirib ki, gənclər özlərinin potensialını əsla kiçiltməməlidir: “Sizə güvənirəm, mübarizədən qorxmayın. Ömrümün imkan verdiyi qədər yanınızda olacağam. Çalışın ən azı 1 əcnəbi dil öyrənin. Dil tədrisinə xüsusi önəm verin. Sadəcə ingiliscə deyil, mütləq 2-ci dil də öyrənin. Osmanlı dönəmində döyüşçünün, yaxud bir səfirin ən azı 6-7 dil bildiyi deyilir. Osmanlı yazısını da ən azı üzündən oxumağı bacarmalısınız. Siz 600 illik kitablarımıza "fransız" qalsanız, fransız dilini öyrənməyin də bir mənası olmayacaq”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?