GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.biz » Dünya » "Ter-Petrosyan xəritədə Ağdərə-Ağdam-Füzuli- Cəbrayıl yoluna baxdı, tapşırdı ki...”

"Ter-Petrosyan xəritədə Ağdərə-Ağdam-Füzuli- Cəbrayıl yoluna baxdı, tapşırdı ki...”

Tarix: 4-08-2018, 23:20 Bölmə :Dünya Baxış: 116
"Ter-Petrosyan xəritədə Ağdərə-Ağdam-Füzuli- Cəbrayıl yoluna baxdı, tapşırdı ki...”


Ermənistanda Qarabağ klanının bir sıra odioz nümayəndələrinin, o cümlədən keçmiş prezident Robert Köçəryanın həbsi “Azərbaycana bir qarış da olsun torpaq qaytarmamaq” tərəfdarlarını narahat edib. Belələri hesab edir ki, Azərbaycan ərazilərinin işğalına bilavasitə rəhbərlik edənlərin siyasi səhnədən uzaqlaşdırılması, cinayətkar sifətlərinin açılması gələcəkdə torpaqları qaytarmağa zəmin hazırlaya bilər. Bu günlərdə Levon Ter-Petrosyanın başçılıq etdiyi “Erməni Milli Konqresi”nin nümayəndəsi Zoya Tadevosyanın Dağlıq Qarabağ ətrafındakı rayonların işğal edildiyi və bütün beynəlxalq normalara görə Azərbaycan əraziləri olduğu barədə bəyanatı münaqişənin nizamlanması üçün hər hansı güzəştləri istisna edən erməni dairələrində qiyam əhval-ruhiyyəsi yaradıb. Hətta Qarabağda ordunu belə küçələrə çıxmağa və torpaqların qaytarılmalı olduğu haqda danışmağa cəsarət edən “milli satqınlara” qarşı etiraz etməyə çağıranlar olub.

Belə çağırışla çıxış edənlərdən biri-Ermənistan müdafiə nazirinin keçmiş müavini (habelə qondarma “dqr”-in keçmiş “vitse-premyeri”) Artur Aqabeyan özünün Facebook səhifəsində keçmiş prezident Levon Ter-Petrosyanın torpaqların qaytarılması məsələsində mövqeyinin əslində necə olduğu barədə yazıb.

Artur Aqabekyan yazır: “1995-ci ilin yayında Ermənistan prezidenti Levon Ter-Petrosyan Dağlıq Qarabağa gəldi. Qarabağ müdafiə ordusunun komandanı Samvel Babayanın kabinetində səkkiz müdafiə rayonunun komandirləri və müdafiə ordusunun komandan müavinləri ilə görüşmək istədiyini bildirdi. Müdafiənin təşkili barədə məruzə ilə Seyran Ohanyan çıxış etdi. Levon Ter-Petrosyan Seyran Ohanyana müraciət edib dedi ki, ona xəritədə Mardakert (Ağdərə)-Ağdam-Martuni (Xocavənd)-Füzuli-Cəbrayıl avtomobil yolunu göstərsin, məsafəni desin. Sonra o sərəncam verdi, müharibənin yenidən başlayacağı təqdirdə bu cəbhəboyu yolun əhəmiyyətindən danışdı. Tapşırdı ki, bu yol həmişə təmirli, işlək olmalıdır. Sonda o çox mühüm bəyanat verib dedi ki, biz hələ bundan sonra torpaqların qaytarılması, güzəştlər və qarşılıqlı güzəştlər haqda minlərlə söz eşidəcəyik. Dedi ki, mən torpaq almamışam və torpaq da güzəştə gedən deyiləm. İstənilən danışıqlar nəticəsində siz “hə” və ya “yox” deməlisiniz və müharibəyə hazırlaşmaq lazımdır. Sonra o mənim komandir olduğum cənub-şərq müdafiə xəttinə getdi. Mən Levon Ter-Petrosyanı, Samvel Babayanı və digərlərini Qaraxanbəyli kəndinə apardım, orada təmas xəttindəki vəziyyət barədə məlumat verdim”.

Ermənistan müdafiə nazirinin keçmiş müavini bildirir ki, torpaqların qaytarılması məsələsi 2016-cı ilin aprel döyüşlərindən sonra yenidən qaldırılıb. Serj Sərkisyan Qarabağa gələrək hərbi-siyasi rəhbərliklə görüşüb. Həmin görüşdə “dqr”in keçmiş “prezidenti” Arkadi Qukasyan da iştirak edirdi.

“Serj Sərkisyan danışıqların gedişi barədə ətraflı məlumat verdi və hər kəsin mövqeini dinləmək istədiyini bildirdi. Etiraf edirəm ki, vahid mövqe ortaya qoyulmadı. Lakin dominant mövqe bundan ibarət idi ki, müharibəyə hazırlaşmaq lazımdır. Həmin görüşdə Dağlıq Qarabağ əhalisi arasında keçirilmiş rəy sorğusunun nəticələri də səsləndi, hansı ki, əhalinin 97 faizi hər hansı güzəştin əleyhinə idi...”-Aqabekyan bildirir.

Erməni siyasətçi əmindir ki, bu mövqe Nikol Paşinyanın hakimiyyəti üçün də əsasdır, yəni güzəştə yox, müharibəyə hazırlaşmaq lazımdır.

Beləliklə, Ermənistanda hələ ki, Qarabağ məsələsində hər hansı güzəşti istisna edən ictimai rəy hakimdir və belə vəziyyətdə danışıqlara hansısa ümid bəsləməyin yersiz olduğu bu ölkədə baş vermiş hakimiyyət dəyişikliyinə baxmayaraq bir daha aşkara çıxır...|virtualaz.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Daşnaklar da Qarabağ səhvinə görə Paşinyana qarşı çıxdı

    Daşnaklar da Qarabağ səhvinə görə Paşinyana qarşı ...

    15-05-2018, 18:53

  • 
  • İrəvan işğaldakı rayonları qaytarmağa hazırdır - Proxanov

    İrəvan işğaldakı rayonları qaytarmağa hazırdır - ...

    21-11-2017, 12:30

  • 
  • Levon Ter-Petrosyan:

    Levon Ter-Petrosyan: "Ermənistanı real iqtisadi ...

    14-10-2016, 01:17

  • 
  • Erməni politoloq: “Təsadüfi deyil ki, güzəşt tərəfdarı olan Petrosyan...”

    Erməni politoloq: “Təsadüfi deyil ki, güzəşt ...

    3-05-2016, 16:19

  • 
  • ABŞ Qarabağ razılaşmasını son anda necə pozubmuş

    ABŞ Qarabağ razılaşmasını son anda necə pozubmuş ...

    3-04-2014, 11:55

  • 
  • Erməni generaldan ilginc açıqlamalar

    Erməni generaldan ilginc açıqlamalar ...

    25-02-2013, 11:17



Bu sayımız

Təqvim

«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728

Arxiv xəbərlər

Fevral 2021 (557)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (689)
Avqust 2020 (766)
İyul 2020 (769)
İyun 2020 (677)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (669)
Yanvar 2020 (529)
Dekabr 2019 (653)
Noyabr 2019 (558)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (547)
Avqust 2019 (454)
İyul 2019 (617)
İyun 2019 (462)
May 2019 (586)
Aprel 2019 (560)
Mart 2019 (461)
Fevral 2019 (491)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (734)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (828)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (860)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (852)
Dekabr 2017 (948)
Noyabr 2017 (1152)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1513)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (559)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (351)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (309)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (438)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 

Sayğac

    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: 012-5387626 , 070-9725019 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri

    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu