Səudiyyə Ərəbistanı-Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ittifaqının Suriya və İraqa yönəlik ticari, siyasi və hərbi marağı son dövrdə fövqəladə dərəcədə artıb.
İraqda prezident seçilən Berham Saleh, Türkiyəyə gəlmək əvəzinə, nəfəsi Ər-Riyadda alarkən, İraq hökumətindən bəzi nazirlər də ardıcıl Səudiyyə və BƏƏ-nə yönələn səfərlər həyata keçirib. Bu danışıqlarla birlikdə Səudiyyə və BƏƏ-nin İraqla dialoqu son illərin ən yüksək səviyyəsinə çatıb. Xəbərə görə, Körfəzin əraziyə yaxınlaşmaq cəhdini dəyərləndirən Çankaya Universitetinin müəllimi professor Mahir Nakip, BƏƏ şahzadəsi Məhəmməd Bin Zayedin xüsusi bir layihə çərçivəsində İraq və Suriya ilə məşğul olduğunu qeyd edib. Nakip, "Əsas hədəf Türkiyəni şimaldan vurma layihəsinə dəstək verməkdir" - deyib. İraq və Suriyada İran-Rusiya-Türkiyə blokuna qarşı ABŞ-İsrail mərkəzli güc mərkəzi formalaşdırdığına diqqət çəkən Nakip, deyib:
TƏSİR DƏRİNLƏŞƏCƏK
"İraq prezidenti Berham Salehin, onu ilk təbrik edən ölkə olan və İraqın müstəqilliyi məsələsində böyük səy göstərən Türkiyəyə hələ ki, hər hansı bir səfəri baş tutmayıb. Ancaq ötən günlərdə Səudiyyə Ərəbistanına getdi və orada maraqlı mesajlar verildi. Sonra nazir Fuad Hüseyn, BƏƏ-nə getdi. Sonra Məsud Bərzaninin BƏƏ səfəri baş tutdu. Bu səfər tranziti, dövrün kodlarını anlama baxımından böyük əhəmiyyət daşıyır. Prosesin İraqda mənfi əks olunmaları olacaqdır. Siyasi quruluş və İraq parlamenti bu vəziyyətdən əziyyət çəkəcəkdir. Ölkə daxilində yatan terror hücrələri gəlişmələrə paralel olaraq yenidən oyadılaraq aktivləşdirilə bilər. Yeni bir qarşıdurma xəttinin yaradılma təhlükəsi var. İraqa olan marağının digər bir ölçüsü isə Suriyanın şimalında ABŞ dəstəkli yaradılan terror dəhlizinə daha asan çatmaq strategiyasıdır. Parçalanmış İraq və bölünmüş Suriya planında Körfəzin təsirinin daha çox dərinləşəcəyi bir dövrə giririk".
Sorğu
Yeni dizaynımız necədir?