Rusiyanın Krasnodar diyarının Armavir şəhərində erməni-faşisti Qaregin Njdenin şərəfinə qoyulan xatirə lövhəsi təhqir edilib.
Gundemxeber.Az xəbər verir ki, Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradov lövhənini üzərinə boya töküb. Deputat bildirib ki, yerli hökumət noyabrın 11-dək lövhənin götürüləcəyini vəd etmişdi: “Amma buna əməl olunmayıb. Bu müddət başa çatdığı üçün məsələni müstəqil şəkildə həll etmək qərarına gəldim”. Qeyd edək ki, faşist cəlladı və satqın Qaregin Ter-Arutyunyan Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?