Paytaxt Tbilisidə parlament binası qarşısında səhərə yaxın gərginlik davam edib.
Gundemxeber.Az xəbər verir ki, əraziyə çoxlu sayda xüsusi təyinatlı qüvvələr cəlb edilib və onlar Parlamentin giriş qapılarına nəzarəti bərpa ediblər. Etiraz aksiyalarını gecə boyunca davam etdirən müxalifət liderləri və onların tətəfdarları isə heç bir yerə getməyəcəklərini və bir neçə saat sonra keçiriləcək Parlament iclasına imkan verməyəcəklərini bildirirlər. Xüsusi təyinatlılar etirazçıları parlamentin giriş qapılarından təmamilə uzaqlaşdırıblar və girişin yaxınlığındakı qurulan çadırları söküblər. Vahid Milli Hərəkat partiyasının mətbuat xidmətindən bildirilir ki, xüsusi təyinatlılarla qarşıdurma zamanı 10 nəfər fəal saxlanılıb. Qeyd edək ki, ötən gün Tbilisidə parlamentin binası qarşısında növbəti kütləvi aksiya başlayıb. Müxalifətçilər ilk öncə Birinci Respublika Meydanından parlamentin binasının qarşısına qədər yürüş edib. Gecə saatlarında aksiyaçılar qanunverici orqanın binası qarşısında çadırlar qurublar. Onlar bildiriblər ki, deputatların parlamentin bugünkü plenar iclasında iştirakına imkan verməyəcəklər. Xatırladaq ki, aksiyaçıların tələbi 2020-ci il parlament seçkilərinin proposional sistem üzrə keçirilməsidir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?