GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.biz » Dünya » “Paşinyan kimdir ki, “qızım sənə deyirəm, gəlinim sən eşit” çağırışını verə?”

“Paşinyan kimdir ki, “qızım sənə deyirəm, gəlinim sən eşit” çağırışını verə?”

Tarix: 29-11-2019, 15:17 Bölmə :Dünya Baxış: 27
“Paşinyan kimdir ki, “qızım sənə deyirəm, gəlinim sən eşit” çağırışını verə?”


Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Bişkekdə baş tutan iclasında Qarabağ münaqişəsi ilə bağlı KTMT üzvü olan ölkələrə müraciət edərək Azərbaycanın yeni silahlar almaqla bağlı çağırışlarını cavabsız qoymağa çağırıb.

“Mümkün gərginliyin qarşısını almaq üçün KTMT-a üzv ölkələrdən Azərbaycanın yeni silahlar almaqla bağlı çağırışlarını cavabsız qoyun”, - deyə baş nazir Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Belarusa müraciət edib.

Bir müddət əvvəl mətbuatda yazılanlara görə, Azərbaycan xüsusilə silah istehsalı ilə məşğul olan Rusiya, İsrail, Türkiyə, Pakistan, Belarus, Ukrayna, Çexiya, CAR və digər öncül ölkələrdən silahlar alarır. Yəni bu sırada Qazaxıstan, Qırğızıstan və Tacikistan elə də rol oynamır. Paşinyanın da bu barədə müraciət edəcəyi əsas ölkə Rusiyadır. Bəs görəsən, Paşinyanın bu çıxışda məqsədi nədir və nələri planlaşdırır?

Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Paşinyanın belə çağırış etməsinin səbəbi yalnız özünü xalqın etirazlarından sığortalamaqdır:

“Paşinyan o çıxışı ilə özünü sığortalamağa çalışır. Onun özünə də aydındır ki, bu çağırışına heç kim fikir verməyəcək. Rusiya da öz maraqlarını Belarusa diqtə edirsə, onlar Azərbayacana yenə silah satacaqlar. Rusiya kiçik və zəif Ermənistanla hesablaşan deyil. Sadəcə, Paşinyan özünü sığortalayır. Çünki cəmiyyətində etiraz var ki, necə olur, Ermənistanın müttəfiqi Azərbaycana silah satır? Ona görə də, “xala xətirin xoş olsun” deyə, belə çıxış edib. Koçaryan da bu məsələni tez-tez gündəmə gətirir. Lakin bu tələb deyil, tələb etmirlər. Ermənistanın belə bir tələb etməyə nə ixtiyarı var ki? Sadəcə, istəklərini bildirirlər ki, Azərbaycana silah satmayın, bu silahlar Ermənistana qarşı istifadə edilir. Amma illərdir bu çıxışı etmələrinə baxmayaraq, biz Rusiyadan ən azı 5 milyard dollar civarında silah texnika almışıq. Belarusdan bizə lazım olan raketləri almışıq. Düşünürəm ki, bu proses gələcək illərdə də davam edəcək”.

O, baş nazirin bu çıxışı ilə Rusiyanın silah satışında hansısa dəyişiklik etməyəcəyini və Paşinyanın çıxışının Rusiya ilə aradakı soyuq münasibətlərdən dolayı olmadığını qeyd edib:

“Paşinyanın bu çıxışı ilə Rusiyanın Azərbaycana silah satışında heç bir dəyişiklik olmayacaq. Əgər biz Rusiyadan silah istəyəcəyiksə, Rusiya da buna razı olacaqsa, o nə Ermənistanın, nə də Paşinyanın xahişlərini nəzərə almayacaq. Paşinyan kimdir ki, “qızım sənə deyirəm, gəlinim sən eşit” çağırışını verə? Paşinyan zəif, kasıb bir ölkənin naziridir. Amerikanın prezidenti deyil ki, durub kiməsə xəbərdarlıq etsin. O güc nə onda, nə də ölkəsində var. Paşinyan ancaq istəyini dilə gətirə, məsləhət verə bilər. Bunu dövlətlər nəzərə ala da bilərlər, almaya da.

Ona qalsa, Rusiya Ermənistanda kifayət qədər müasir raket və silahlar yetişdirib. Ermənistan tamamən Rusiyadan asılıdır. Rusiya Azərbaycana silah satır və pul qazanır. Bu onun üçün vacib bir məqamdır. Amma bəzən elə olur ki, heç biz özümüz də Rusiyadan bəzi silahları almırıq, başqa ölkələrdən alırıq. Tutaq ki, Rusiya bizə lazım olan silahları satmadı, biz başqa ölkələrdən həmin silahları ala bilməyəcəyik? Elə Rusiya da bu məntiqi Ermənistana başa salmaq istəyir ki, biz satmasaq, Azərbaycan həmin silahları başqa ölkələrdən alacaq”.

Politoloq Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın da dəfələrlə bu cür çıxışlar etməsini vurğulayaraq söyləyib ki, burada Paşinyanın hər hansı qorxusundan söhbət gedə bilməz:

“Paşinyan qorxuya düşməyib. O bu məsələni hər dəfə qaldırır. Əvvəlki rəhbərləri də belə edirdi. Koçaryan da bu yaxınlarda belə açıqlama vermişdi. Guya, məsələyə məntiqlə yanaşırlar da. Deyirlər ki, əgər Ermənistan bu komitəyə üzvdürsə, Tacikistan, Qırğızıstan, Rusiya, Belarus da bizim müttəfiqdirsə, onda necə olur ki, bizim müttəfiqlər Azərbaycana silah satır? Amma anlamırlar ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və onun müttəfiqləri Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Bu baxımdan, Ermənistanın o ölkələrlə müttəfiqliyi nisbi xarakter daşıyır. Bu gün Paşinyan yox, bir başqa erməni rəhbər seçilsə, o da eyni məsələni qaldıracaq. Çünki onun xalqı ondan tələb edir. Daha anlamırlar ki, azad ticarət var. Belarus qazanc əldə etmək istəyir, Azərbaycana silah satır və yaxud Rusiyanın elə özü. Rusiyaya, Belarusa necə təzyiq etmək olar ki, Azərbaycana silah satma?”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qarabağ erməniləri Paşinyanın Xankəndindəki çağırışlarını tənqid etdi

    Qarabağ erməniləri Paşinyanın Xankəndindəki ...

    15-08-2019, 15:16

  • 
  • “Moskvada Nikol Paşinyanın etibarsız tərəfdaş obrazı yaranıb” – “Kommersant”

    “Moskvada Nikol Paşinyanın etibarsız tərəfdaş ...

    9-01-2019, 13:20

  • 
  • Ermənistan KTMT-də yeni daimi nümayəndə təyin etdi - KİMİ?

    Ermənistan KTMT-də yeni daimi nümayəndə təyin ...

    22-11-2018, 14:43

  • 
  • Mən təkcə Lukaşenkodan yox, başqalarından da izahat istəyirəm - Paşinyan

    Mən təkcə Lukaşenkodan yox, başqalarından da ...

    20-11-2018, 15:14

  • 
  • İrəvanı faş edən 6 FAKTOR: Paşinyan Azərbaycanla bağlı nələri hesaba QATMAYIB?

    İrəvanı faş edən 6 FAKTOR: Paşinyan Azərbaycanla ...

    5-10-2018, 11:53

  • 
  • İrəvandan növbəti ümidsiz Qarabağ açıqlaması

    İrəvandan növbəti ümidsiz Qarabağ açıqlaması ...

    4-04-2018, 15:00



Bu sayımız

Təqvim

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Arxiv xəbərlər

Dekabr 2019 (110)
Noyabr 2019 (559)
Oktyabr 2019 (595)
Sentyabr 2019 (548)
Avqust 2019 (454)
İyul 2019 (619)
İyun 2019 (464)
May 2019 (590)
Aprel 2019 (561)
Mart 2019 (463)
Fevral 2019 (491)
Yanvar 2019 (565)
Dekabr 2018 (750)
Noyabr 2018 (734)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (828)
İyun 2018 (795)
May 2018 (756)
Aprel 2018 (860)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (852)
Dekabr 2017 (948)
Noyabr 2017 (1152)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1513)
İyun 2017 (845)
May 2017 (564)
Aprel 2017 (559)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (532)
Dekabr 2016 (515)
Noyabr 2016 (353)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (647)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (309)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (438)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (883)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 

Sayğac

    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: 012-5387626 , 070-9725019 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri

    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu