GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.biz » Dünya » “Paşinyanı linç edirlər” - GƏLİŞMƏ

“Paşinyanı linç edirlər” - GƏLİŞMƏ

Tarix: 23-11-2020, 19:58 Bölmə :Dünya Baxış: 44
“Paşinyanı linç edirlər” - GƏLİŞMƏ


Azərbaycan, Rusiya və Ermənistan siyasi rəhbərləri tərəfindən birgə bəyanatın imzalanması ilə ölkəmizin 30 ildir pozulmuş ərazi bütövlüyü bərpa olunur. Tarixən öz mütəşəkkilliyi ilə seçilən dünya erməniliyi də Ermənistanın köməyinə gələ bilmədi. Hərbi əməliyyatların davam etdiyi müddət ərzində Ermənistan beynəlxalq səviyyədə təkləndiyini gördü. Ənənəvi dostları hesab olunan Fransa və digər ölkələrin Ermənistanın xeyrinə hadisələrə təsir etmək cəhdləri boşa çıxdı. Bir sözlə, Ermənistan 200 illik saxtakarlıq və riyakarlıq tarixinin yekunu olan 44 günlük savaşda bu gününü və gələcəyini uduzmuş durumdadır.

Məhz bu məğlubiyyətdən sonra Ermənistanda daxili gərginlik xeyli şiddətləndi. Nikol Paşinyanın hakimiyyətdən getməsini istəyənlərin sayı günü-gündən artır. Bununla yanaşı, düşmən ölkədə hər gün vəzifəli şəxslərin istefa xəbərlərini oxuyuruq. Elə bu gün işğalçı ölkədə müdafiə nazirinin müavini Qabriel Balayan da tutduğu vəzifədən azad edilib. Bu barədə parlament müdafiə komissiyasının rəhbəri Andranik Koçaryan itkin düşən erməni hərbçilərinin yaxınları ilə görüşdə deyib. Buna baxmayaraq, Ermənistan Müdafiə Nazirliyinin qarşısına toplaşmış itkin düşmüş hərbçilərin valideynlərin vəzifəsindən istefa verib-verməsindən asılı olmayaraq, Q. Balayanın onların qarşısına çıxıb hesabat verməsini tələb ediblər.

Ermənistanın daxilindəki vəziyyəti “Sherg.az”a dəyərləndirən Azərbaycan Demokratik Partiyasının(ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, hər zaman Ermənistanın daxilində hakimiyyət uğrunda mübarizə böyük hay-küyə səbəb olub.

Partiya sədri qeyd edib ki, camaatın meydanlara çıxmasının və etiraz aksiyalarının şahidi oluruq:

“Məğlubiyyətə uğrayıblar. Bu, Paşinyanla yanaşı, erməni xalqının da məğlubiyyətidir. Erməni xalqı bir balaca nailiyyət əldə edən kimi güclü olduqlarını deyirdilər. Lakin məğlubiyyət olan kimi Paşinyanı linç edirlər. Ruslara arxayın olub, bizimlə düşmənlik etdilər. Amma sonda məhv oldular”.

S.Cəlaloğlunun qənaətincə, vurğulayıb ki, Paşinyan hakimiyyətə gələndən sonra bəzi adekvat qüvvələr onu məcbur etdi ki, Dağlıq Qarabağ məsələsində radikal mövqe sərgiləsin:

“Düşünürəm ki, Paşinyanın hakimiyyətdə qalması Azərbaycanın maraqlarına uyğundur. Ermənistandakı hadisələrin başqa istiqamətdə inkişaf etməsi bölgədə yeni gərginliyin yaranmasına səbəb ola bilər”.

Partiya sədrinin fikrincə, hətta Rusiya da Paşinyanın hakimiyyətdən getməsində maraqlı deyil:

“Çünki Rusiya başa düşür ki, Paşinyan hakimiyyətdən gedəcəyi təqdirdə üçtərəfli bəyanatda əldə edilən razılaşmalar pozula və yeni qanlar axa bilər. Beləliklə, Rusiya nüfuzdan düşə və başqa ölkələr Ermənistanı öz təsirinə salıb, bölgəyə nüfuz edə bilər. Bu baxımdan Paşinyanın hakimiyyətdə qalması həm Azərbaycan, həm Rusiya, həm də bölgədə sabitliyin təminatı üçün əsasdır. Çox güman ki, hakimiyyətdə də qalacaq”.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənistanın hərbi sənaye komitəsinin sədri vəzifəsindən azad edildi

    Ermənistanın hərbi sənaye komitəsinin sədri ...

    16-11-2020, 14:51

  • 
  • Rusiyalı politoloq: “Döyüşlər Paşinyanın oğlunun ordudan tərxis olunmasından üç gün sonra başladı”

    Rusiyalı politoloq: “Döyüşlər Paşinyanın oğlunun ...

    15-07-2020, 15:22

  • 
  • Rusiyanın Azərbaycanla bağlı bu addımı Paşinyanı DƏHŞƏTƏ SALDI

    Rusiyanın Azərbaycanla bağlı bu addımı Paşinyanı ...

    24-10-2019, 14:15

  • 
  • Əliyev administrasiyası Paşinyanı təxribat, riyakarlıq və yalançılıqda ittiham etdi

    Əliyev administrasiyası Paşinyanı təxribat, ...

    6-08-2019, 13:15

  • 
  • Paşinyanın cəhdi yenə boşa çıxdı – ABŞ-dan rədd cavabı

    Paşinyanın cəhdi yenə boşa çıxdı – ABŞ-dan rədd ...

    14-10-2018, 16:23

  • 
  • Nikol Paşinyan Ermənistan polisini Qarabağa göndərir - düşmən müharibə hazırlığına başlayır?

    Nikol Paşinyan Ermənistan polisini Qarabağa ...

    4-07-2018, 12:22



Bu sayımız

Təqvim

«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Yanvar 2021 (442)
Dekabr 2020 (582)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (689)
Avqust 2020 (766)
İyul 2020 (769)
İyun 2020 (678)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (669)
Yanvar 2020 (529)
Dekabr 2019 (653)
Noyabr 2019 (558)
Oktyabr 2019 (595)
Sentyabr 2019 (547)
Avqust 2019 (454)
İyul 2019 (617)
İyun 2019 (462)
May 2019 (586)
Aprel 2019 (560)
Mart 2019 (461)
Fevral 2019 (491)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (734)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (828)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (860)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (852)
Dekabr 2017 (948)
Noyabr 2017 (1152)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1513)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (559)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (353)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (309)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (438)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 

Sayğac

    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: 012-5387626 , 070-9725019 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri

    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu