Ermənistanın Gümrü şəhərinin Sundukyan küçəsindəki evlərdən birində güclü yanğın baş verib.
Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qurumun Böhran Vəziyyətlərini İdarəetmə Mərkəzinə zərərçəkmiş şəxs olduğu barədə məlumat verildiyi bildirilib. Yanğın söndürüldükdən sonra hadisə yerində 1948-ci il təvəllüdlü bir şəxsin cəsədi tapılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?