Bakı şəhər Baş Baytarlıq İdarəsinin sahə həkimləri paytaxtda failiyyət göstərən dönərxanaların hər birindən 150 manat «aylıq» alır
Son zamanlar Xaçmaz və Qaradağ rayonlarında minlərlə təkdırnaqlı heyvanın skelet və aşağı ətraflarının tapılması ölkədə ərzaq təhlükəsizliynin hansı səviyyədə olduğunu açıqca ortaya qoydu. Mənşəyi bilinməyən ət məhsullarının paytaxtın qida sektorlarına necə yol tapması barədə Respublika Baytarlıq İdarəsinin verdiyi açıqlamalar isə heç də inandırıcı görünmədi. Çünki ucuz yeməkxanalara, xüsusən də paytaxtda hər addımda fəaliyyət göstərən dönərxanalarda mənşəyi bəlli olmayan ətlərdən istifadə olunduduğu heç kimə sirr deyil. Və bu mənşəyi bəlli olmayan ətlərin dönərxanalarda kütləvi şəkildə istifadə olunmasına görə Bakı şəhər Baş Baytarlıq İdarəsi birbaşa məsuliyyət daşıyır. İnsafən deyilməlidir ki, Respublika Baytarlıq İdarəsinin rəisi Sialə Rüstəmova başda olmaqla Bakı şəhər Baş Baytarlıq İdarəsinin rəhbər şəxsləri və Bakı şəhər Baş Baytarlıq İdarəsinin sahə həkimləri dönərxanalarda əhaliyə yedizdirilən mənşəyi bəlli olmayan ətlərdən külli miqdarda gəlir əldə edirlər.Bu barədə daxil olan məlumatda bildirilir ki, Bakı şəhər Baş Baytarlıq İdarəsinin sahə həkimləri paytaxtda fəaliyyət göstərən hər bir dönərxanadan ayda 150 manat «haqq» alırlar. Bu məbləği ödəmyən heç bir dönərxana Bakıda fəaliyyət göstərə bilməz və bu imkansızdır. Nəzərə alsaq ki, bu gün Bakının hər bir küçəsində demək olar ki, bir neçə dönərxana fəaliyyt gösərir və bu dönərxanaların sayı paytaxtda minlərlədir, o zaman Bakı şəhər Baş Baytarlıq İdarəsinin hər ay topladığı məbləğ fantastik görünür. Belə ki, Respublika Baytarlıq İdarəsinin rəisi Sialə Rüstəmova, Bakı şəhər Baş Baytarlıq İdarəsinin rəisi Aslan Aslanov və onun müavini Adil Usubov topladıqları vəsaitləri saymaq üçün pulsayan maşından istifadə etməlidirlər. Və bu ancaq onların qeyri-rəsmi gəlirlərinin bir hissəsidir. Yəni baytarlıq idarələrinin pul toplayacaq çoxlu digər sahələri də var.Daxil olan məlumata görə dönərxanalardan yığılan qeyri-rəsmi «rüsumlar» üç hissəyə bölünür. Toplanan vəsaitlərin bir hissəsi sahə həkimlərində qalır, digər iki hissə isə siyahı ilə Bakı şəhər Baş Baytarlıq İdarəsinin rəis müavini Adil Usubova təqdim olunur. Adil Usubov isə öz növbəsində həmin pulu iki yerə bölür və yenə siyahı iilə birlikdə Respublika Baytarlıq İdarəsinin rəisi Sialə Rüstəmovaya çatdırır.Bundan başqa mənbə bildirir ki, Bakıda faəliyyət göstərən bazarlardan, qəssabxanalardan, böyük marketlərdən və restoran şəbəkələri olaraq fəaliyyt göstərən dönər və kababxanalardan aylıq «haqq» alınır. Tutaq ki, böyük marketlər hər ay sahə həkimlərinə 1500 manat ödəyirlər. Kiçik qəssabxanalar 150 manat, bazarlar isə saitış meydanına uyğun olaraq 1000-1500 manat vəsait ödəyirlər. Bütün bu işləri isə idarə edən və siyahıya alan şəxs Bakı şəhər Baş Baytarlıq İdarəsinin rəis müavini Adil Usubov olduğu göstərilir. Ona görə də Bakıda fəaliyyət göstərən baytarlıq idarələrinin sahə həkimlərinin böyük əksəriyyəti məhz Adil Usubovun adamıdır. Bildirilir ki, Adil Usubov baytarlıq idarələrinə işə almaq üçün 5000 manat rüşvət alır. Bu məbləğ ancaq kimlərinsə xahişinə görə qismən azaldıla bilər. Məlumata əsasən Aslan Aslanov idarəyə rəis təyin olunduqdan sonra 21 adam işdən azad olunub və onların yerinə işə alınan hər bir şəxsdən 5000 manat alınıb.
Sorğu
Yeni dizaynımız necədir?