Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında necə hegemonluq etdiklərini dünyaya nümayiş etdirirlər. Kəlbəcərdə məskunlaşan və ora yay istirahətinə gələn işğalçı ölkə vətəndaşları gündəlik həyat tərzlərini əks etdirən fotoları internet resurslarında yerləşdiriblər.
Axar.az xəbər verir ki, şəkillərdə erməni əsgərlərinin təlimlərindən tutmuş yeni məktəbin açılışından olan görüntülərə qədər müxtəlif anlar əksini tapıb. Ən acınacaqlı məqam isə tarixi abidələri, məscidləri dağıdaraq yerində öz dinlərinə uyğun yenisini tikdiklərini göstərən şəkillərdir.
Xatırladaq ki, Kəlbəcərin işğalı BMT-ni işğalçılıq faktını təsdiq edən daha bir sənəd qəbul etməyə məcbur edib. Yayılan fotoların bir qismini oxuculara təqdim edirik.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?