Gundemxeber.az » Xəbərlərin siyahısı: 27.09.2019 » Səhifə 2
Ərəb liderləri İsrailin seçkilərdən sonra Fələstin ərazilərinin ilhaqı planına ciddi reaksiya verib. İordaniya kralı Abdulla, Misir prezidenti Əbdel Fəttah Əl-Sissi və İraq prezidenti Bərham Saleh qərarı pisləyib.
Fədayə Laçının həbsindən sonra o, mediada görünməməyə başladı. Dəfələrlə zəng edib, müsahibə üçün razı salmağa çalışırdıq. Hər dəfə "Gələn həftə" deyərək, vaxtı uzadırdı. Bu dəfə isə necə deyərlər, əlimizdən qaça bilmədi.
Sentyabrın 26-də Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın sentyabrın 28-də mitinq keçirmək istəyi ilə bağlı müraciətinə cavab verib.
“Müsəlman Birliyi” Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırovun xanımı Leyla İsmayılzadə haqqında cinayət işi başlanıb.
Ermənistanın baş naziri Nikol Paşinyan işğalçı ölkənin yeni rəhbəri qismində ikinci dəfə BMT tribunasından çıxış edib. Bu, təşkilatın Baş Məclisinin toplantısı çərçivəsində reallaşıb. Xatırladaq ki, keçənilki çıxışında o, guya Azərbaycanın sülhdə maraqlı olmadığını bəyan etmişdi. “Yeni Müsavat”ın məlumatına görə, bu dəfə də möcüzə baş verməyib.
Xəbər verildiyi kimi,Londonda Azərbaycanın tələbi əsasında Zamirə Hacıyevanın ekstradisiyası üzrə məhkəmə prosesi davam etdirilib.
Bu gün Londonda Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Azərbaycana ekstradisiyası ilə bağlı məhkəmə prosesi keçirilib. İclasda Vestminister şəhər məhkəməsi qərarı açıqlayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?