Gundemxeber.az » Xəbərlərin siyahısı: 21.04.2020 » Səhifə 2
Bakı şəhəri, Binəqədi rayonunda gizli şəkildə fəaliyyət göstərən “Mall” aşkar edilib, obyektin sahibi, işçilər və müştərilər inzibati qaydada cəzalandırılıblar.
AXCP bunun Azercell mobil rabitə operatorunun iştirakı olmadan baş verə bilməyəcəyindən əmindir.
Bəzi kommersiya bankları müştərilərdən kredit borclarını qaytarmağı tələb etməyə başlayıb. Pandemiya ilə bağlı Mərkəzi Bankın vəd etdiyi kredit tətilləri, güzəştlərdən xəbər çıxmayınca, yerli banklar SMS, telefon zəngi ilə müştəriləri borc öhdəliklərini xatırladır, karantin şərtlərini nəzərə almaqla onlayn ödəmə yolları təklif edirlər.
"Azərbaycanda kütləvi tədbirlərin bərpası kiminsə iradəsindən asılı məsələ deyil. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkədə karantin rejimi mayın 4-dək uzadılıb".
"Vüqar Səfərlinin rəhbərliyi dövründə Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) fəaliyyəti media üçün tam səmərəsiz olub. Biz bunu ilk vaxtdan dilə gətirmişik. Çox təəssüf ki, həmin dövrdə bizim sağlam tənqidlərimizi top-tüfənglə qarşılayırdılar".
“Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) yoxlamalar aparılmalıdır. Bununla bağlı məsələ Milli Məclisdə müzakirə ediləcək”.
Aprelin 20-də müstəqil reportyor Teymur Kərimov Bakının Sabunçu rayonunda "9-cu mədən” adlanan ərazidə naməlum mülki geyimli şəxslər tərəfindən fiziki təzyiqə məruz qalıb.
İranın müxtəlif həbsxanalarında koronavirusa yoluxmalar barədə xəbərlərin yayılması ilə bərabər, türk fəallar və hüquq müdafiəçiləri Tehran və İran Azərbaycanında həbsdə olan fəalların səhhəti ilə bağlı narahat olduqlarını bildirirlər.
"Martın 1-nə qədər bütün məktəblərdə tədris davam edirdi. Mart ayı üçün nəzərdə tutulan 9-cu sinfin proqramı da əvvəldən nəzərdə tutulmuşdu. Aprel ayında isə 11-ci sinfin imtahanları keçirilməli idi və təxirə salındı".
“Hər gecə yatağımıza girəndə Allaha yalvarırıq ki, “bu gecədən də bizi salamat çıxart”. Ancaq görürük ki, bir-iki dəfə də güclü yağış yağsa, bizə Allah da zamin dura bilməyəcək. Çünki həyatda qalmağımız həm də məmurlarımızın vicdanına, insafına bağlıdır”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?