Türkiyənin Radio və Televiziyaya Nəzarət Qurumu (RTÜK) müğənni Gülşənin «Dan Dan» klipinə görə kanalları cəzalandırıb.
Regioninfo «Hüriyyet»-ə istinadən məlumat verir ki, qurum müğənninin klipdə özünü telefonla intim xidməti verən qadınlara bənzədiyini bildirib:
«Müğənni klipdə qırmızı çimərlik geyimi və dizdən yuxarı çəkmə ilə yataqda sərgilədiyi performans telefon ilə intim xidmət təklif edən qadınların reklamına bənzəyir. Bu klipin erotik səhnələr yer alan hissələri məhdudlaşdırılmalıdır».
RTÜK klipi yayan Kral Pop, NR1, Power Türk ve Dream Türk kanallarına da cəza verib.
Müğənni isə öz növbəsində qurumun onu təhqir etdiyini və şəxsiyyətini alaçtdığını əsas gətirərək, məhkəməyə müraciət edəcəyini bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?