Aktrisa Leyla Hümbətova yenidən obyektiv qarşısına keçib.
Qarlı havada çimərlik geyimində fotolar çəkdirən Leyla bu dəfə fərqlilik edib. Belə ki, aktrisa çimərlik geyimi ilə kürk geyinib və dənizə girib.
“Lider maqazin”ə açıqlama verən Hümbətova şəkillərindən danışıb:
“İnanıram ki, bütün sənətçilər mənə qulaq asıb dənizə belə girəcəklər. Bu yaxınlarda bir çox məşhurlar çimərlik geyimində fotosessiya etdirdi. Mən də qışda bu cür şəkillər çəkdirmişdim. Burada bir qəbahət yoxdur. Amma məni də yıxdılar, ayağa qalxdım. Başa düşdüm ki olmaz. Namus ağacına qalxmaq və düşmək asan deyil”.
Leyla onu tənqid edənlərə belə cavab verib:
“Hər kəsin ağlı hara kimi işləyirsə, ora kimi qəbul edəcək. Soyundum vay, geyindim vay? Hər zaman belə olmaq lazımdır. Ağıllı olub dərd çəkməkdənsə, dəli olum mənim dərdimi çəksinlər”./axsam.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?