“MSNBC” vasitəsilə verdiyi bir müsahibədə ABŞ-ın Respublikaçı Partiyasının keçmiş əməkdaşlarından Stiv Şmidt, ötən həftə baş verən sağçı terror hücumlarını Adolf Hitlerin yüksəlişi kimi qiymətləndirib.
Şmidt, ABŞ-da baş verən ağ irqçi zorakılığının artımında isə Respublikaçıların barmağının olduğunu dilə gətirib. Həmçinin marketdə qara dərili insanları vurub öldürən, mühüm Demokratlara və CNN-ə bomba göndərən və sinaqoqda Yəhudilərin həyatlarını itirməsinə səbəb olan "xəstə" və "pisniyyətli" insanların "sağ qanad təbliğat sənayesindəki" Fox News və digər media orqanları tərəfindən radikallaşdırıldığını bildirib.
"KARVANI TERRORÇU İLƏ DOLU KİMİ GÖSTƏRİRLƏR"
Trampı, Fox News-u və Respublikaçıları Konqresə ara seçkilərdən öncə "ağ bir yalan" ı yaymaqda günahlandıran keçmiş Respublikaçı Şmidt, Latın Amerikalıları sərhədə daşıyan avtomobil karvanını terrorçu və işğalçı ilə dolu kimi göstərməyə çalışıldığını ifadə edib. "Bu, Trampın Reyxstaq yanğınıdır" - deyən Şmidt, Almaniyada Hitler hakimiyyətə gələndən bir ay sonra gücü əlində tuta bilməsi üçün Berlinin Reyxstaqdakı parlament binasının yandırılması hadisəsinə istinad edib. "Təbliğat" maşınının isə Trampın müavini Kelly Conway tərəfindən idarə edildiyini və bütün bunları yayanların "Təhrik etməklə əllərini qana bulayan çılğın insanlara tətikləyərək və radikallaşdıraraq bunu həyata keçirdiklərini" bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?