Dağıstanlı jurnalist Musa Musayev özünün Facebook səhifəsində ötə gün iyunun 2-də axşamtərəfi Xunzax rayonunun mərkəzində Hacı Muradın qalıqlarının yenidən dəfn olunması haqda yazıb. Jurnalist mətnə mərasimdən bir neçə foto də əlavə edib, həmin fotolara əsasən qalıqların yenidən dəfn olunması mərasimində Dövlət Dumasının Dağıstandan olan deputatı Hacımurad Ömərov da iştirak edib.
“Bu müqəddəs Ramazan ayında naibin qalıqlarını vətənə qaytarmağı və digər əcdadlarla yanaşı dəfn etməyi qərara aldıq. Onun məzarı ən görkəmli yerdədir, sanki Allah özü bu yeri onun üçün seçib. Dəfn-matəm mərasimi baş tutdu. Yerli hakimiyyətin nümayəndələri mərasimə qatılmadı”-Musayev yazıb.
Xatırladaq ki, Qafqazda ruslara qarşı döyüşmüş böyük Hacı Muradın qalıqları Qax rayonundan gizlicə çıxarılaraq Dağıstana aparılıb. “Kommersant” bu işi Dağıstanın Xunzax rayonunun Tselmes kəndinin sakinlərinin həyata keçirdiyini bildirir. Azərbaycan hüquq-mühafizə orqanları məsələni araşdırır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?