Amerikalı məşhur müğənni Keyli Rey Harris avtomobil qəzası zamanı dünyasını dəyişib.
Gundemxeber.az xəbər verir ki, bu barədə onun meneceri məlumat verib. Məlumata görə, sənətçi avtomobili ilə konsertə gedərkən 3 nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari qəzaya düşüb.
Hadisə zamanı sənətçinin 16 yaşlı qızı da avtomobildə olub və o da hadisə zamanı dünyasını dəyişib. 30 yaşlı müğənni yola çıxarkən sosial media hesabı vasitəsiylə videopaylaşım edib və konsertə getdiyi barədə açıqlama verib. Qəzanın səbəbləri məlum deyil.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?