Jurnalistin suyunun, qazının, işığının və ya başqa komunal xətlərinin kəsilməsi, həmin qurumlara başucalığı gətirmir. Əksinə, beyinlərdə bu canlanır ki, “yəqin, həmin jurnalist, nə vaxtsa bu qurumun fəaliyyətini tənqid edib deyə, ondan qisas alırlar”. Varlığıyla, qələmiylə, təpədən-dırnağa Dövlətə və Dövlətçiliyə köklənən, cibinin son manatıyla iqtidar materialları hazırlayıb, hakimiyyəti cəmiyyətə sevdirən, ATATV.AZ saytının rəhbəri Rəsafil Bayramovun evinə verilən təbii qazın “borca” görə, kəsilməsi yolverilməzdir və biz həmkarlarda qıcıq yaradır.
Bilirsiniz nə üçün? Ona görə ki, jurnalistin evində 3 əsgər böyüyür, hansı ki, zamanı gələndə kimlərinsə “delo”-ları “voenkomlar” tərəfindən gizlədiləndə, o 3 igid oğlan, vətəni qorumağa yollanacaq. Bəs əgər belədirsə, nə üçün o igid övladların, yayın bu istı çağında yuyunub rahat nəfəs almalarına mane olursunuz? Nə üçün onların bir tikə isti yemək yemələrinə qarşı çıxırsınız? Avropada bu hal Insan Hüquq və Azadlıqlarının Məhdudlaşdırılması kimi qiymətləndirilir.
“İnsan Hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiya əsasında yaradılmış Avropa Hüquqları Məhkəməsinin qəbul etdiyi çoxsaylı qərarlardan görünür ki, “Azəriqaz” İB-i kimi qurumların vəzifəli şəxslərinin ölkə rəhbərliyinin adından istifadə etməklə, həyata keçirdiyi özbaşınalıqlar nəticəsində onların özləri deyil, respublikamız məsuliyyətə cəlb edilir, ölkəmiz yüzminlərlə manat cərimə edilir və nəticədə illərlə Ulu Öndərimiz mərhum Heydər Əliyevin, möhtərəm prezidentimiz İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətə kölgə düşür və nəticədə ölkəmizin beynəlxalq aləmdə mövcud olan müsbət imicinə xələı gəlir.
Cənab prezident İlham Əliyevin maddi imkanları zəif olan vətəndaşlara komunal ödənişlərdə güzəştlər edilməsi barədə, ayrı-ayrı vaxtlarda müvafiq tapşırıqları var.
Ən əsası nəzərə alsaq ki, həmin jurnalist dövlətdən maliyyələşmir, hər hansı yerdən mətbuat katibləri qədər aylıq almır, o zaman anlamaq lazımdır ki, jurnalistdə pul yoxdur və onu qanunları tapdalayaraq, peşə fəaliyyətini pozaraq, komunal ödənişlər üçün “reketlik” etməyə məcbur etmək yolverilməzdir.
Təkcə Bakı şəhərində yüzlərlə istixanalar var. Məgər onlar işlətdikləri qazın pulunu tam olaraq ödəyirlər?
Əlbəttə ki, ödəmirlər. Qaz idarələri də görür ki, sərfiyyat var, lakin ödəniş azdır. O zaman düşürlər, kasıb-kusub insanların qapısına ki, “ödəyin, boşuqları dolduraq”.
Redaksiya olaraq düşünürük ki, “Azəriqaz” İstehsalat Birliyi, gecə-gündüz dövlətvəçiliyə, hakimiyyətə yorulmadan xidmət edən jurnalist Rəsafil Bayramovun evinə verilən təbii qazı dərhal bərpa edəcək və onun borcunun hissə-hissə ödənilməsinə uyğun şərait yaradacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?