Ermənistan müəyyən addımlar atarsa, Türkiyə danışıqlar aparmağa hazırdır, - Türkiyə Prezidenti Recep Tayyip Erdoğan sentyabrın 19 -da Ankarada keçirilən brifinqdə deyib.
Ərdoğan Paşinyanın Zəngəzur dəhlizinin açılmasına mane olması ilə bağlı suala cavabında söyləyib ki, "onun bir tərəfdən bunu deyib, digər tərəfdən mənimlə danışmaq istəməsi hər halda, düşündürücüdür".
"Əgər Tayyip Ərdoğanla görüş istəyirsənsə, bu zaman artıq müəyyən addımlar atılmalıdır. Biz danışıqlara qapalı deyilik, danışıqlar apararıq. Gürcüstanın Baş naziri ilə də görüşmək istəyini mənə çatdırıb. Biz bu danışıqları apararkən onlar müsbət yanaşma nümayiş etdirməklə bu addımları atmalıdırlar. Bu mövzularda Gürcüstanın Baş nazirinin dialoq tələbini mənə çatdırması və burada yeni prosesin başlaması üçün belə bir addımın atılması, əgər bu mövzuda həqiqətən səmimidirsə, mən də səmimiyyətimizi göstərər, diplomatiyanı başladarıq.
Diplomatiya başladığı zaman bir şey alınıb-verilməlidir. Ümid edirəm ki, burada mənfi deyil, müsbət yanaşmalar üstünlük təşkil edər və beləliklə, İnşallah Azərbaycan və Ermənistan arasındakı bu problem, bu dəhlizlərin açılması münasibətilə bitmiş olar".
Ermənistan Baş naziri Nikol Paşinyan çıxışlarında Zəngəzur dəhlizinin "müzakirə edilmədiyini", Ermənistanın Azərbaycanca "dəhliz verməyəcəyini" deyib.
Azərbaycan Prezidenti İlham Əliyev söyləmişdi ki, Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?