GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » AZƏRBAYCANIN MƏTBUAT ŞURASI VƏ MƏHKƏMƏ SİSTEMİ…

AZƏRBAYCANIN MƏTBUAT ŞURASI VƏ MƏHKƏMƏ SİSTEMİ…

Tarix: 31-08-2022, 16:56 Bölmə :--- Baxış: 795





   

 

Son günlər Azərbaycan Mətbuat Şurası və şuranın gələcək taleyi ilə bağlı müxtəlif fikirlər səsləndirilir, sosial mediada rəylər bildirilir. Hətta bəziləri yazır ki, şuranın sədri Əflatun Amaşov istefa ərizəsi yazıb, yerini Rəşad Məcid tutacaq və s.

Gəlirəm mətləbə: Azərbaycanda jurnalistika ilə bağlı sayı çox, sambalı az qurumlar çoxdur. İctimai əsaslarla fəaliyyət göstərən bu qurumları tanıyırsınız, adlarını yazıb bəzi həmkarlarımızın əsəblərini yerindən oynatmaq istəmirəm. Çünki atalar dübbədüz deyib ki, düz söz acı olur! Əslində, sözdən şirin şey yoxdur. Atalar bunun da tərifini verib: «…Onun ilanı yuvasından çıxaran dili var!». Dil isə sözü ifadə edir və ünvanına çatdıran bir vasitədir. Mən isə dilimlə deyil, kompüterin «knopka»ları ilə sözümü deyirəm. Odur ki, məndən nəyəsə görə inciməyin! Yəni günah məndə deyil…

***

Beləliklə, Azərbaycan Mətbuat Şurasındakı ədalətli və vicdanlı dostlarımıza böyük sayğılarla, bu qurumun Nizamnamə və Məramnaməsinin yazılmasında (2003) iştirak edən biri kimi deyirəm: şura anadan olanda yaxşı təsir bağışlayırdı… O vaxta kimi ki, PA-nın şöbə müdiri Əli Həsənov jurnalistlərin qurultayında sonadək əyləşib MŞ İdarə Heyətinin üzvlərinin seçilməsində birbaşa iştirak edirdi.

 Bu isə o mənanın kəsb edirdi ki, deputatı seçdirən sonra ondan buyruq fəaliyyəti tələb etdiyi kimi, MŞ İH-nin üzvləri də başladılar PA-dan gələn sifarişləri icra etməyə. Şəxsən rəhbəri olduğum, Azərbaycan kimi müstəqil və azad olmağı məqsədi sayan, 30 ildir başı üzərində «Qarabağı azad etməyən xalqı Allah da azad etməyəcək!» şüarı gəzdirən «Təzadlar» qəzetinin rəhbəri kimi, bütün baş verənlərin episentrində olduğumdan kimsə bu sözlərimi təkzib edə bilərsə, buyursun. Hamıya gün kimi aydındır, ABU rektorunun şikayəti əsasında MŞ İH bizi məqsədli şəkildə mediamızı və jurnalistikamızı gözdən salmağa xidmət edən uydurulmuş «reket jurnalistika» siyahısına salmaq istədi. Alınmadı… Axı biz boyunduruq adamı deyildik!!!





AZƏRBAYCANIN MƏTBUAT ŞURASI VƏ MƏHKƏMƏ SİSTEMİ…

 Empty

 Asif Memmedov

 

 31 August 2022

 

 Hits: 127

     Bunlar fərqli qurumlardır, amma fəaliyyətlərində oxşarlıq çoxdur, çünki bura Azərbaycandır…

Son günlər Azərbaycan Mətbuat Şurası və şuranın gələcək taleyi ilə bağlı müxtəlif fikirlər səsləndirilir, sosial mediada rəylər bildirilir. Hətta bəziləri yazır ki, şuranın sədri Əflatun Amaşov istefa ərizəsi yazıb, yerini Rəşad Məcid tutacaq və s.

Gəlirəm mətləbə: Azərbaycanda jurnalistika ilə bağlı sayı çox, sambalı az qurumlar çoxdur. İctimai əsaslarla fəaliyyət göstərən bu qurumları tanıyırsınız, adlarını yazıb bəzi həmkarlarımızın əsəblərini yerindən oynatmaq istəmirəm. Çünki atalar dübbədüz deyib ki, düz söz acı olur! Əslində, sözdən şirin şey yoxdur. Atalar bunun da tərifini verib: «…Onun ilanı yuvasından çıxaran dili var!». Dil isə sözü ifadə edir və ünvanına çatdıran bir vasitədir. Mən isə dilimlə deyil, kompüterin «knopka»ları ilə sözümü deyirəm. Odur ki, məndən nəyəsə görə inciməyin! Yəni günah məndə deyil…

***

Beləliklə, Azərbaycan Mətbuat Şurasındakı ədalətli və vicdanlı dostlarımıza böyük sayğılarla, bu qurumun Nizamnamə və Məramnaməsinin yazılmasında (2003) iştirak edən biri kimi deyirəm: şura anadan olanda yaxşı təsir bağışlayırdı… O vaxta kimi ki, PA-nın şöbə müdiri Əli Həsənov jurnalistlərin qurultayında sonadək əyləşib MŞ İdarə Heyətinin üzvlərinin seçilməsində birbaşa iştirak edirdi.

 Bu isə o mənanın kəsb edirdi ki, deputatı seçdirən sonra ondan buyruq fəaliyyəti tələb etdiyi kimi, MŞ İH-nin üzvləri də başladılar PA-dan gələn sifarişləri icra etməyə. Şəxsən rəhbəri olduğum, Azərbaycan kimi müstəqil və azad olmağı məqsədi sayan, 30 ildir başı üzərində «Qarabağı azad etməyən xalqı Allah da azad etməyəcək!» şüarı gəzdirən «Təzadlar» qəzetinin rəhbəri kimi, bütün baş verənlərin episentrində olduğumdan kimsə bu sözlərimi təkzib edə bilərsə, buyursun. Hamıya gün kimi aydındır, ABU rektorunun şikayəti əsasında MŞ İH bizi məqsədli şəkildə mediamızı və jurnalistikamızı gözdən salmağa xidmət edən uydurulmuş «reket jurnalistika» siyahısına salmaq istədi. Alınmadı… Axı biz boyunduruq adamı deyildik!!!

 

Sonra ABU rektoru məni xüsusi ittiham qaydasında məhkəməyə verdi. MŞ rəhbərliyi E.Abdullayevə, baxmayaraq ki, o vaxt rəhmətlik Əyyub Kərimov buna qəti etiraz etmişdi ki, ictimai təşkilat olan MŞ-ın məhkəməyə belə bir sənəd göndərməsi yolverilməzdir (belə ədalətliliyi həm də Mətbuat Şurasının katibi Şəmsəddin Əliyevdə görmüşəm…). Və rəy təqdim edilmişdi ki, guya qəzet yazıda balansı pozub. Paradoksa baxın, E.Abdullayev isə qəzeti yox, məni məhkəməyə vermişdi! Nəhayət, hakim Tahir İsmayılov, o da bu yolda yandı, barəmdə azadlıqdan məhrumetmə cəzası çıxardı. Bəxtim də gətirdi, həm də Allah prezident İlham Əliyevə can sağlığı versin, ATƏT rəsmiləri ilə görüşdə bu məlumatı eşidən kimi dərhal göstəriş vermişdi ki, məsələyə ədalətli yanaşılacaq və jurnalist dərhal azad ediləcək! Məgər başqa cəza növü yox idi ki?! Və iki gündən sonra məhkəmə qərarı ilə bəraət alıb həbsdən çıxıram… E.Abdullayev əl çəkmir, MŞ rəhbərliyindən və MŞ İH-nin bəzi üzvlərindən qəzeti qaralamağı rica edir, çünki…

***

Mətləbdən uzaqlaşmayım: Elşad Abdullayevin məqalələrini rəsmi qəzetdə müntəzəm çap edən və Ramiz Mehdiyevin 22 ildir deputat etdiyi (Ramiz Mehdiyev işdən çıxanda əleyhinə çıxış edənlərdən oldu) Bəxtiyar Sadıqov məlum səbəbdən bizdən qisasa almaq üçün MŞ-ın nüfuzundan və Əflatun Amaşovun üzüyumşaqlığından sui-istifadə edərək Türkiyə səfiri Hulusu Kılıç barədə tənqidi yazıya görə (Hazırda hulusu Kılıç Türkiyədən olan ən yaxın dostlarımızdan biridir, daim əlaqə saxlayıram, özü də mənə zəng edir və s.) qəzeti «reket» elan etdilər. Və Əli Həsənovun Mətbuat Şurası bununla da layihələrdən, hətta jurnalist yazı müsabiqələrindən yolumuzu kəsdi… İş o yerə çatmışdı ki, MŞ adından icarədə olduğumuz «Azərbaycan» nəşriyyatına, «Qasid» yayım firmasına və s. məktub göndərilmişdi ki, qəzetin adı «qara siyahı»da olduğundan icarədən çıxarın, yayımını dayandırın!!! Eşidin, məhkəmə qərarı olmadan bunları edirdilər. «Edirdilər» deyəndə, Bəxtiyar Sadıqov MŞ-ı idarə edirdi də!

 Adını çəkib utandırmaq istəmirəm, bəziləri var idi, hansısa tənqidi məqalə və ya şikayət məktubu çap edirdik, təşkil edilirdi, bizi çağırırdılar Mətbuat Şurasına ki, sizdən şikayət var! Rektor Ədalət Muradovun doktorluq dissertasiyasının, deputat Bəxtiyar Əliyevin namizədlik dissertasiyasının… Azərbaycanda niyə yoxa çıxarılmasını yazırıq, bir dəstə (guya) şikayətçi gəlir ki, yalandı. Bu «yalan»ın ömrü isə bir həftə çəkdi, əməkdaşımızla Kiyevə uçub rektorun doktorluq dissertasiyasını Azərbaycana gətirib Azərbaycanın və ölkənin siyasi hakimiyyətinin əleyhinə olan, «Əsrin müqaviləsi»ni puç sayan və s. tezislərini çap edəndən sonra MŞ-dakı bəziləri susdular. Nəinki susdular, məcbur olub «qara siyahı» və «reket qəzet» terminini ümumiyyətlə, hafizələrindən sildilər. Sən demə, hər şey bizimlə bağlı imiş…

***

İndi soruşuram: niyə o vaxt az qala hər ay bizdən «şikayətlər» olurdu, amma neçə ildir, xüsusən MEDİA Agentliyi yaranandan bizdən şikayət edən yoxdur??? Halbuki təqidi yazılarımızın sayı-hesabı yoxdur! Niyə? Çünki indi Əli Həsənov yoxdur ki, PA-dan Bəxtiyar Sadıqovlara tapşırıq versin və s. Allah MEDİA-nın və onun rəhbərinin ömrünü Şuşanı qoruyan dağların ömrü qədər eləsin!

***

…İndi gəlirəm əsas mətləbə: qardaşlar, mətbuatımızın Əli Həsənov dönəminin sifətini 44 günlük müharibəli günlərimizdə gördük. Xaricdən Azərbaycana top-tüfəngli gələn jurnalistlərin cavabını nə Mətbuat Şurası, Azərbaycan Jurnalistlər Birliyi… nə də 11 il ərzində dövlət büdcəsindən milyonları, Əli Həsənovdan isə orden-medal, mükafatlar, mənzillər alan qəzet redaktorları… deyil, Prezident İlham Əliyev verirdi! Təvazökarlıqdan min dəfə uzaq, özümün Türkiyə mediasında və xarici dillərdə 50-dən çox müharibə qoxulu məlumatlarım dərc olunub(linkləri təqdim edə bilərəm). Azər Həsrətdən və Umud Mirzəyevdən savayı, MŞ-dakılardan kimin bircə cümləsi xarici dildə və əcnəbi mediada yayımlanmışdı? Bəlkə həm də  deputat olan Bəxtiyar Sadıqovun Fransa, İngiltərə, Avstraliya… mediasında məqaləsi çap olunmuşdu?!

***

…Nə isə! Sonda onu deyim ki, Mətbuat Şurasının xoş niyyəti var idi, məlum səbəblərdən adını batırdılar. Kiməsə indiki naxoş halda olan Mətbuat Şurası lazımdırsa, buyursunlar! Yox, bizə həqiqətən də vicdanlı və ədalətli, sifarişlə, telefon zəngi ilə işləməyəcək MŞ və onun İdarə Heyəti lazımdırsa, gəlin jurnalistlərin qarşıdan gələn qurultayında onu yaradaq. Mən əminəm ki, elə də olmalıdır. O da var ki, MEDİA Agentliyi təşəbbüsləri lazımi səviyyədə ələ alıb, həqiqətən də Azərbaycan mediasının sorağının xarici ölkələrdən gəlməsinə çalışdığı, yetərincə də nail olduğu ortadadır, lakin ictimai əsaslarla fəaliyyət göstərəcək bir qurumun olması da ola bilsin vacibdir. Elədirsə, o da olsun! Hətta tam səmimiyyətlə deyirəm ki, MEDİA Ağentliyinin dövlət qurumu olduğunu belə bu günədək ayırd etməmişəm. Çünki MEDİA mətbuatımızın, necə deyərlər, ağlı-qaralı olan ailəsinin içindədir, hamıya meydandır. Adicə, sonuncu dəfə Şuşaya jurnalistlərin səfərlərində heç kimə fərq qoyulmamışdı (say çoxluğuna görə birinci dəfə gedə bilməyənlər növbəti dəfə dəfə səfər etmişdilər). Amma Vüqar Səfərlinin dönəmində jurnalistlərin bayramına bizləri buraxmırdılar, amma katibələr, «podruqa»lar… Milli Mətbuat Gününü Əli Həsənovla, Vüqar Səfərli ilə çəkdirilən fotoşəkillərlə qeyd edirdilər!

 

 HAŞİYƏ: yadımdan çıxmamış, niyə yazının başlığını «Azərbaycanın Mətbuat Şurası və məhkəmə sistemi…» qoymuşdum? Çünki Mətbuat Şurası kimi Azərbaycanın məhkəmə sistemində də sifarişli, telefon zəngli… qərarlar qəbul edildiyinin şahidiyəm… Bilmirəm, indiyədək belə olub, bəlkə bundan sonrakı MŞ mediamızın gününü ağlayan olacaq, onu da deyə bilmirəm…

Asif MƏRZİLİ,

Avropa Mətbuat Federasiyasının üzvü

P.S.Hökumətin yerinə olsam, Əflatun Amaşov həqiqətən də yaxşı insandır, sadəcə, yumşaq adamdı, onun potensialından istifadə etməklə Mətbuat Şurasını arxivə göndərərdim… Medianın problemləri ilə neçə qurum məşğul olmalıdır ki?! Düzdür, deyirlər ki, MŞ məhkəmələrə qədər jurnalistlərin problemlərinə kömək edir. Amma mən deyirəm və həmişə də demişəm: məhkəmənin hansısa cəza qərarından canımızı qurtara bilirdik, amma MŞ-ın hansısa xəbərdarlığı belə illərlə jurnalistləri layihələrdən, yazı müsabiqələrindən kənarda qoyurdu… Heç ağır cinayət törədən məhbusun Konstitusion hüquqları belə məhdudlaşdırılmırdı, nəinki Vüqar Səfərli MŞ-ın əli ilə bunu edirdi…


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əflatun Amaşov saytlar üçün şərtləri AÇIQLADI

    Əflatun Amaşov saytlar üçün şərtləri AÇIQLADI ...

    9-04-2016, 14:36

  • 
  • İstefa verməmişəm, istefa vermək fikrim də yoxdur - Əflatun Amaşov

    İstefa verməmişəm, istefa vermək fikrim də yoxdur ...

    29-08-2022, 14:44

  • 
  • Əflatun Amaşov: "Radikal dini cərəyanların Azərbaycana ayaq açmaması üçün qanunu sərtləşdirmək lazımdır"

    Əflatun Amaşov: "Radikal dini cərəyanların ...

    17-12-2018, 12:43

  • 
  • Mətbuat Şurasının sədri Rauf Mirqədirovun məhkəməsindən danışıb

    Mətbuat Şurasının sədri Rauf Mirqədirovun ...

    5-11-2015, 19:13

  • 
  • ƏFLATUN AMAŞOV AZƏRBAYCANDA YENİ TELEKANAL AÇILMASINI TƏKLİF EDİB

    ƏFLATUN AMAŞOV AZƏRBAYCANDA YENİ TELEKANAL ...

    13-11-2017, 17:32


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu