GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ağdaş rayonunda 4 fəal siyasi məhbuslara azadlıq tələbi ilə keçirilən aclıq aksiyasına qoşulub

Ağdaş rayonunda 4 fəal siyasi məhbuslara azadlıq tələbi ilə keçirilən aclıq aksiyasına qoşulub

Tarix: 13-01-2023, 18:59 Bölmə :--- Baxış: 182


  • Yanvarın 13-də Ağdaş rayonunda 4 fəal Tofiq Yaqublu və Bəxtiyar Hacıyevin başladığı aclıq aksiyasına qoşulub.


“Biz Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ağdaş rayon təşkilatın fəalları Qorxmaz Əbdurrəhimov, Məzahir Rəhimov, Rövşən Rəhimov və ictimai fəal Nüsrət Həsrətli aclığa başladıq. Tofiq Yaqubluya və bütün siyasi məhbuslara azadlıq tələb edirik”, AXCP Ağdaş rayon təşkilatının bəyanatında deyilir.

Hazırda 18 nəfər aclığı davam etdirir. Belə ki, Tofiq Yaqublu xəstəxanada, Bəxtiyar Hacıyev təcridxanada, 11 siyasi fəal Müsavat Partiyasının qərargahında, 4 fəal Ağdaş rayonunda, Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu isə öz evində aclıq edir.

Maya Yaqublu Amerikanın Səsinə bildirib ki, səhhətində ciddi problemlər yaranmasına baxmayaraq aclığı davam etdirmək əzmindədir.

“Başımda, böyrəklərimdə, mədəmdə kəskin ağrılar baş qaldırıb. Təzyiqim kəskin aşağı düşüb, başım gicəllənir. Bütün bunlara baxmayaraq aclığı dam etdirəcəm. Əgər Tofiq bəy ölürsə, mən də onunla birgə öləcəm”, Maya Yaqublu Amerikanın Səsinə deyib.

Yanavrın 13-də tebb elmləri doktoru Adil Qeybulla Əjdər Məlikov adına 6 saylı xəstəxanada Tofiq Yaqubluya baş çəkəndən sonra Amerikanın Səsinə deyib ki, Yaqublu aclığı davam etdirir.

“Onun həyatı üçün artıq təhlükə yoxdur. Təzyiqi və nəbzi indi stabilləşib. Bu gün sistem köçürülməsindən imtina etdi. Amma venadaxili bir mədəqoruyucu inneksiya etdik. Aclıq aksiyasına uyğun olaraq müəyyən çəki itirib. Yataqdadır, huşu aydındır, kommunikabellidir. Bu gün onunla xeyli söhbət etdik. Biz çox arzu edərdik ki, aclıq aksiyasını dayandırsın və tezliklə azadlığına qovuşsun”, Adil Qeybulla Amerikanın Səsinə deyib.

Müsavat Partiyasının qərargahında aclıq edən AXCP fəalı Babək Həsənov Amerikanın Səsinə deyib ki, aclıq edənlər yanvarın 12-də həkim müayinəsindən keçib.

“Qan təzyiqləri yuxarı və aşağı olanlar olsa da hamı aclığı davam etdirir. Tələblərimiz yerinə yetirilənədək aclığı davam etdirəcəyik”, o qeyd edib.

Xatırladaq ki, indiyədək rəsmi qurumlar aclıq aksiyası keçirənlərin tələblərinə münasibət bildirməyib.

Tofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində insan hüquqları fəalı Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyasında saxlanıb.

Həmin gün Səbail Rayon Məhkəməsi hakim Mədinə Bağırovanın sədrliyi ilə Tofiq Yaqublunu İnizbati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilərək 30 sutka inzibati həbsə məhkum edib.

Tofiq Yaqublu məhkəmədə çıxışında həbs qərarını siyasi sifariş kimi qiymətləndirib. Yaqublu "Bəxtiyar Hacıyevə azadlıq!" tələbi ilə keçirilən aksiyadan sonra həbs edilən yeganə şəxsdir.

Yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublunun həbsindən verilən apellyasiya şikayətini təmin etməyib. O, məhkəmədə Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində ailə üzvləri ilə görüşə icazə verilməməsinə, sovqatların qəbul edilməməsinə və məhkəmə qərarına etiraz olaraq aclıq elan etdiyini bildirib. Sonra isə xəstəxanaya köçürülüb.

İctimai fəalı Bəxtiyar Hacıyevin barəsində ötən il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi 1 ay 20 gün həbs qətimkan tədbiri seçib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Amma özü bu ittihamı qəbul etmir.

Bəxtiyar Hacıyevin həbsi geniş tənqidlərə yol açıb. Müdafiə Xətti hüquq müdafiə təşkilatının təşəbbüsü ilə fəallar dekbarın 23-də Bakının mərkəzində Hacıyevin həbsinə etiraz olaraq aksiya keçirib.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında yenidən aclığa başladığını bildirib. Bundan öncə Hacıyev 14 gün aclıq aksiyası keçirib.

Yanvarın 9-da ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays ənənəvi brifinqdə Turan agentliyinin müxbirinin sualına cavabda ABŞ-ın Bəxtiyar Hacıyev və Tofiq Yaqublunun həbsindən dərin narahatlığını ifadə edib. "Biz hakimiyyət orqanlarını onları tez bir zamanda azad etməyə çağırırıq," o qeyd edib.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tofiq Yaqublu on dördüncü gündür aclığı davam etdirir

    Tofiq Yaqublu on dördüncü gündür aclığı davam ...

    15-09-2020, 16:45

  • 
  • Tofiq Yaqublu 11-ci gündür aclıq edir, Bakıda, Berlində, Nürnberqdə də aclıq edirlər

    Tofiq Yaqublu 11-ci gündür aclıq edir, Bakıda, ...

    12-09-2020, 10:53

  • 
  • Tofiq Yaqublu altıncı gündür aclığı davam etdirir

    Tofiq Yaqublu altıncı gündür aclığı davam etdirir ...

    7-09-2020, 11:55

  • 
  • Tofiq Yaqublu, Bəxtiyar Hacıyev və bütün siyasi məhbuslara azadlıq tələbi ilə keçirilən aclıq aksiyası davam etdirilir

    Tofiq Yaqublu, Bəxtiyar Hacıyev və bütün siyasi ...

    10-01-2023, 16:49

  • 
  • Tofiq Yaqublu aclığa başlayıb

    Tofiq Yaqublu aclığa başlayıb ...

    2-09-2020, 16:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu