Başqa bir dövlətin ərazisini öz dövlətinin ərazisi kimi təqdim etmək beynəlxalq hüquqa uyğun deyil. Amma bunu edən şəxs məsuliyyətə cəlb olunmalıdırmı, bu, başqa bir mövzudur.
Gundemxeber.az bildirir ki, bu sözləri Axar.az-a beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Ermənistanda partiya sədrinin Azərbaycan ərazisini Ermənistan xəritəsinin tərkib hissəsi kimi təqdim və təbliğ edərək, təxribatçı fəaliyyətini şərh edərkən deyib. Onun sözlərinə görə, Ermənistan qanunvericiliyi bu addımı cinayət əməli kimi tanımadığından “Demokratik birlik” adlı partiyanın sədri Suren Petrosyan da cəzasız qalır. F.Mehdiyev bildirib ki, o, yalnız müharibə çağırışı edəcəyi təqdirdə cinayət məsuliyyətinə cəlb edilə bilər: “O ki qaldı Azərbaycanın bununla bağlı hansısa addım atmasına, hesab edirəm ki, bizim XİN bundan dolayı narahatlıqlarını bildirə bilər. Partiya sədri müharibəyə çağırış edirsə, Ermənistan hüquq-mühafizə orqanları onu cinayət məsuliyyətinə cəlb etməlidir. Əgər etməsələr, onda danışıqlar masasında Azərbaycan tərəfi buna diqqət çəkə bilər”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?