Almaniyanın müdafiə naziri Boris Pistorius ölkəsinin Filippinlə hərbi əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu söyləyib.
Bu barədə DPA agentliyinə istinadən xəbər verir.
Onun sözlərinə görə, qaydalar və məqsədlər 2024-cü ilin sonu, bəlkə də oktyabr ayına qədər hərbi-siyasi sazişdə göstərilməlidir. "Biz silahlanma sahəsində daha sıx əməkdaşlıq etmək istəyirik. Buraya, məsələn, hava hücumundan müdafiə, sahil müdafiəsi və bəlkə də nəqliyyat təyyarələrinin alınması sahəsində qarşılıqlı əlaqə daxil ola bilər", - Pistorius Manilada filippinli həmkarı Gilberto Teodoro ilə danışıqlardan sonra deyib.
Nazir qeyd edib ki, bundan əvvəl hərbi hazırlıq sahəsində əməkdaşlığın genişləndirilməsi planlaşdırılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?