Gundemxeber.az » İsrail ordusu terror aktı törədən bir radikalın məhv edildiyini açıqlayıb
Hebronda keçirilən xüsusi əməliyyat zamanı İsrail hərbçiləri üç İsrail polisinə hücumda şübhəli bilinən fələstinli radikalı öldürüb.
Gundemxeber.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, hərbçilər şübhəlinin gizləndiyi evi mühasirəyə alıb, daha sonra atışma zamanı onu öldürmək mümkün olub. Onun üzərindən “M-16” markalı avtomat silah aşkar edilərək götürülüb.
Ordudan verilən məlumata görə terrorçu Hebron yaxınlığında yerləşən Fələstinin İdna qəsəbəsinin sakini, 31 yaşlı Məhəmməd əl-Asuddur. O, Fələstinin FƏTH hərəkatı ilə əlaqəli olub və əvvəllər Fələstin Prezident Qvardiyasında və Fələstin təhlükəsizlik xidmətlərində xidmət edib.
Gundemxeber.az
1-06-2019, 09:28
12-11-2019, 13:00
7-05-2017, 23:12
11-11-2014, 00:47
19-05-2024, 23:22
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?