Azərbaycan Premyer Liqasının ən güclü klublarından biri olan “Qarabağ” futbol klubu hazırda 24,15 milyon avro ümumi heyət dəyəri ilə ölkənin ən bahalı və uğurlu komandalarından biri sayılır.
Gundemxeber.az Baku.ws-ə istinadla xəbər verir ki, bu barədə nüfuzlu “Transfermarket” portalında məlumat yer alıb. Ağdam şəhərini təmsil edən “Qarabağ” klubu bütün Azərbaycan çempionatlarında iştirak edən iki komandadan biridir (ikinci “Neftçi” klubudur). 1951-ci il tarixində, Ağdam şəhərində “Məhsul” idman cəmiyyətinin futbol komandası yaradılmaqla klubun əsası qoyulub.
“Qarabağ” 1992-ci ildən Azərbaycan Premyer Liqasında mübarizə aparır. “Qarabağ” tarixində 12 dəfə Azərbaycan Premyer Liqasının Çempionu olub. “Qarabağ” eyni ildə həm ölkə çempionu olan, həm də ölkə kubokunu qazanaraq qızıl dubl edən ilk Azərbaycan klubudur.
“Köhlən atlar” avrokuboklarda mərhələ keçən ilk[6], Çempionlar liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk və yeganə, avrokuboklarda qrup mərhələsini keçərək play-offa yüksələn ilk və yeganə Azərbaycan klubudur.
Komandanın ən dəyərli oyunçuları:
Kadi Borges (Braziliya/Polşa) – 2,50 milyon avro
Mövqe: Hücumameyilli yarımmüdafiəçi
Leandro Andrade (Kabo-Verde/Portuqaliya) – 2,50 milyon avro
Sorğu
Yeni dizaynımız necədir?