Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları qaytarmasa, hərbi əməliyyatlar başlaya bilər
Mayın 16-da Vyanada ABŞ-ın dövlət katibi Con Kerri, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir, ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Görüşlə bağlı müxtəlif fikirlər dolaşmaqdadır.Bəs, Vyana görüşü pozitiv hesab edilə bilərmi?Əgər pozitiv hesab edilərsə, hansı aspektlərdən hesab edilə bilər?
Fikrimizcə, Vyana görüşü Azərbaycan üçün bir neçə istiqamət üzrə pozitivdir.Birincisi ona görə ki, aprel döyüşlərindən sonra yaranmış yeni şəraitdə Azərbaycan diktə edən tərəfdir.Yəni, Azərbaycan
danışıqlara getməyə hazır olduğunu bəyan etdi və danışıqlara getdi.Ermənistan prezidenti isə danışıqlardan imtina etdi, lakin danışıqlara məcbur edildi və danışıqlara göndərildi.
İkinci reallıq isə ondan ibarətdir ki, danışıqların keçirildiyi gün, mayın 16-ı, danışıqlardan bir neçə saat öncə Ermənistan parlamenti qondarma “DQR”in tanınmasından imtina edən bir mövqe irəli sürdü.Bu da bir daha təsdiqləyir ki, Ermənistan tərəfi təzyiq altındadır və o, danışıqlara getməyə məcburdur.
Üçüncü məqam odur ki, Ermənistan prezidenti aprel döyüşlərində ordusunun qalib gəlməsindən danışırdısa, Vyanadan qayıdarkən təyyarədə verdiyi müsahibə zamanı qeyd etdi ki, onun ölkəsinin silahlı qüvvələri öz vəzifəsini yerinə yetirib. Ardınca isə Serj Sərkisyan bildirdi ki, Azərbaycan 800 hektar ərazini geri alıb.Yəni, faktiki olaraq belə çıxır ki, Sərkisyanın əsgərləri həmin 800 hektarı geri qaytarmaq vəzifəsini yerinə yetirib.Bu da məğlub davranışın bir nəticəsidir.
Dördüncü məqama gəlincə, tərəflərin danışıqların gedişi zamanı atəşkəsə əməl etməklə bağlı razılaşmalarının mənası fərqlidir. Yəni, aprel döyüşlərinə qədər atəşkəsə əməl etmək bir məna daşıyıb və bu, daha çox status-kvo vəziyyətinin dondurulmasına xidmət edib.Aprel döyüşlərindən sonra isə artıq bu mənanı daşımır.Artıq o, iyun ayında prezidentlər səviyyəsində növbəti görüşün keçirilməsi üçün bir münbit şəraitin, sakitliyin və sabitliyin təmin edilməsi mənası daşıyır. Bunlar tamamilə fərqli məsələlərdir.Vyana danışıqları əslində yeni şəraitdə Azərbaycanın üstün mövqeyinin ifadəsidir.İyun ayına qədərki dövrü isə biz pauza deyil, strateji pauza adlandırsaq, daha düzgün olar.Ermənistan dövləti ötən ilin sonunda cəmi bir dəfə, o da ilin sonunda danışıqlara getmişdisə, indi artıq ardıcıl şəkildə danışıqlara getmək məcburiyyətindədir.
Nəhayət, beşinci məqam.Vyana danışıqlarından sonra Sərkisyan qeyd etdi ki, növbəti danışıqlarla bağlı heç bir razılaşma yoxdur.Ancaq Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirdi ki, iyun ayında
danışıqların yeri və zamanı müəyyən ediləcək.Məlum olur ki, Ermənistan prezidenti artıq öz xalqını aldadır.Əslində isə reallıq başqadır.Yəni Sergey Lavrov həqiqəti daha düzgün qeyd edib, nəinki Serj Sərkisyan.Bütün bunlar bir daha təsdiq edir ki, prinsip etibarilə Vyana danışıqlarına müsbət hal kimi yanaşmaq olar.
Qeyd edək ki, Ermənistanın ciddi səylərinə və müqavimətinə baxmayaraq, Azərbaycan ordusunun aprelin 1-5-də 2000 hektar ərazini işğaldan azad etməsi beynəlxalq birlik tərəfindən qəbul olundu.Ermənistan Vyana danışıqlarına qədər ciddi-cəhdlə qoşunların təmas xəttinin 1994-cü mayında imzalanmış atəşkəs zamanı müəyyən edilən xəttə çəkilməsinə çalışıb, əks halda beynəlxalq ictimaiyyəti atəşkəsin pozulacağı ilə şantaj edirdi.
Qarşı tərəf istəyirdi ki, 1994-95-ci il sərhədləri reallığı kontekstində danışıqlara başlasınlar. Bu alınmadı.Eyni zamanda beynəlxalq birlik Azərbaycanın mövqeyini dəstəkləyir və bu mövqe də ondan ibarətdir ki, işğal
altındakı torpaqlar geri qaytarılmalıdır.Amma Ermənistan buna getmirdi.Bu baxımdan Azərbaycanın öz gücü hesabına 8 yüksəkliyi alması və hərbi üstünlük əldə etməsi taktikasını beynəlxalq birlik prinsip etibarilə qəbul eləyib.Yəni, bunu dəstəkləyib. Çünki Ermənistana onsuz da deyilirdi ki, güzəştə get, amma o, getmək istəmirdi.
Sərkisyanın Vyanadan qayıdarkən jurnalistlərə verdiyi müsahibə, onun hərəkətləri, danışıq tonu tamamilə fərqli idi.Bu dəfə o, Azərbaycanı şantaj etməsi, güc amilindən çıxış etməsi, tutduğu xəstə düşüncələrdən əl çəkməməsi kimi ənənəvi hərəkətlərinə zidd yanaşma sərgilədi. Bunun da səbəbi odur ki, Azərbaycan ordusu Sərkisyanı iflic edib, o, faktiki olaraq aqonik durumdadır, vəziyyətdən çıxış yolu axtarır. Lakin ona inanmaq da olmaz. Çünki onun məqsədi ikilidir.Birincisi, vəziyyətdən çıxmağa çalışır, bizim ordunun gücünü görərək düşünür ki, indiki durumdan üstünlüklə çıxmasa, ordumuz yeni ərazilər götürəcək və bu kövrək vəziyyət tamamilə dəyişəcək. O zaman onun qazana biləcəyi bir şeyi olmayacaq. İkincisi, onların Ermənistanda yaratdığı yanaşma və düşüncə tərzi də öz rolunu oynayır.Sərkisyanın hələ də nostalji
düşüncəsi var, çalışır ki, vəziyyəti uzatsın, müasir silahlar əldə edərək balans yaratsın. Üstəlik il yarımdan sonra prezidentlikdən gedir və yavaşca aradan çıxsın. Onun düşüncəsi belə olub ki, prezidentliyi dönəmində bir qarış torpağı da Azərbaycana verməsin.Amma vəziyyət onun istədiyi kimi deyil.
Beynəlxalq birliyin təzyiqi var. İşğal uzun müddət qala bilməz və problem tezliklə həll edilməlidir.İyun ayına danışıqların salınması ona ümid verir ki, həmsədr ölkələr və Almaniya tərəfləri problemin yekun həllinin razılaşdırılmasına başlamağa sövq edəcəklər. Sərkisyan da aqoniya halındadır və təyyarədəbildirdi ki, “hər şey düşündüyümüz ideya və arzulardan ibarət deyil”. Artıq Sərkisyan bu cür danışmağa başlayıb.O. deyir ki, əgər biz danışıqlara getməsək, elan edəcəklər ki, Ermənistan status-kvonun bu cür qalmasında maraqlıdır, müharibə tərəfdarıdır.Belə ifadələr işlətməsi o mənanı verir ki, Sərkisyan təzyiq altındadır və real danışıqlara daxil olmaq üçün şans var.
Azərbaycan isə dediyimiz kimi, hərbi, siyasi və psixoloji üstünlüyə malikdir.Çünki Azərbaycan 22 ildə mövcud olan status-kvonu tamamilə dəyişdirib, birinci zərbəni vurub və gözləyir. Əgər bu, əsaslı dönüşə səbəb olmayacaqsa, növbəti zərbələr də istisna deyil.Əslində, beynəlxalq baxış da bundan ibarətdir ki, Azərbaycanın siyasi-hərbi rəhbərliyi cəbhədə çox irəli getməyib.Halbuki, irəliyə sürətlə gedə bilərdi.Çünki qısa müddətdə böyük müdafiə sədlərini yarmışdı, irəli getmək üçün gücü və qətiyyəti var idi.Lakin getmədi.Nəyə görə?Çünki münaqişənin dinc yolla həllini istəyir.Əgər Ermənistan əvvəlki ampluasına qayıdarsa, danışıqları prosesə çevirərsə, bu zaman Azərbaycan hərbi rıçaqdan da istifadə etməyə məcbur olacaq.Hərbi və diplomatik rıçaqlar bir-birini tamamlamalı, paralel hərəkət edilməlidir.Çünki 22 ildir ermənilərlə danışmaq öz bəhrəsini vermir. Hərbi yol hər zaman Ermənistanın başı üzərində olmalıdır.Bunu beynəlxalq birlik də anlayır və qəbul edir. Ancaq bir məqama xüsusi diqqət etmək lazımdır ki, atəşkəs xəttində mexanizmlərin yaradılması, Kaspirşik ofisinin genişləndirilməsi maraqlarımıza
uyğun deyil..Çünki bu, ermənilərin konfliktin həllini uzatmaq məqsədinə kömək edə bilər. Erməni tərəfi istəyir ki, atəşkəs rejimi möhkəmlənsin, danışıqları uzatsınlar, sabah atəşkəs pozulanda Azərbaycanın başını qataraq bunun araşdırılmasını aparsınlar, kimin birinci güllə atdığı kimi xırda məsələləri beynəlxalq müstəviyə çıxarsınlar. Yəni erməni tərəfi bundan istifadə edərək əsas məsələləri kənara qoyaraq yeddinci dərəcəli problemlə başımızı qatmaq istəyəcək. Bunu Azərbaycan əvvəllər rədd edirdi.Təbii ki, indi beynəlxalq birlik də bunu istəyir, hesab edir ki, rahatlıq yaransın və effektiv danışıqlar getsin.Aydındır ki, beynəlxalq birlik bunu xoş məramla deyir, rasional baxış da bunu tələb edir.Ancaq 20 ildə olan situasiya göstərir ki, erməni tərəfi bundan sui-istifadə edir, danışıqları əbədi uzatmaq üçün çalışır.Burada sadəcə atəşkəsi saxlamaq bu mexanizmlərə ən layiqli cavabdır.Kaspirşik ofisini genişləndirmək o deməkdir ki, burada böyük beynəlxalq müşahidəçilər yerləşdirilir.Azərbaycan tərəfi bunu ermənilərin torpaqlardan çıxması cədvəli ilə paralel olaraq uyğunlaşdırmalıdır.
“Maraqlı bir mərhələdir. Azərbaycan tərəfinin bəyanatlar verməyə meylli olmaması onu deməyə əsas verir ki, əsas iş ermənilərlə aparılır. Bu baxımdan danışıqların davam etdirilməsi qərara alınıb və bir aydan sonra danışıqlar prosesi davam edəcək.Fikrimcə, bu müddət Ermənistana verilib ki, öz daxilində ictimai rəyi hansısa qərarlara hazırlasın”.
Bunu isə sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü şərh edərkən deyib. Təcrübəli diplomat bildirib ki, danışıqlar prosesini ciddi izləyən şəxslər başa düşəcək ki, kamera və digər bu kimi addımlarla məsələ həll edilməyəcək: “Azərbaycan xalqının iradəsi, Azərbaycan dövlətinin səylərinin əsas istiqaməti ona yönəlib ki, işğal edilən ərazilər geri qaytarılsın, məcburi köçkünlər öz doğma evlərinə qayıtsın, ölkənin ərazi bütövlüyü təmin edilsin. Azərbaycanın məqsədlərini hamı başa düşür.Prezident Sərkisiyanın Vyanadan qayıdarkən gülməli bəyanat verməsi də diqqətdən yayınmamalıdır.Şübhəsiz ki, Sərkisiyanın təmas xəttində kameraların və digər cihazların yerləşdirilməsi ilə hərbi məsələlərin həll ediləcəyi bəyanatı çox gülməlidir.Mən bir daha o fikrimə qayıdıram ki, vaxt Sərkisiyana verilib ki, öz
ictimaiyyətini və ya Ermənistan rəhbəliyini hansısa yeni qərarlara hazırlasın”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?