GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » 246 SAYLI BAĞÇADA, DİPLOMSUZ MÜDİRƏNİN “AYAQYOLU ƏMƏLİYYATI”

246 SAYLI BAĞÇADA, DİPLOMSUZ MÜDİRƏNİN “AYAQYOLU ƏMƏLİYYATI”

Tarix: 3-06-2016, 01:30 Bölmə :GündəmXəbər / Manşet Baxış: 0
246 SAYLI BAĞÇADA, DİPLOMSUZ MÜDİRƏNİN  “AYAQYOLU ƏMƏLİYYATI”

Fatma Abdullazadə: “Bağça və uşaq evləri uşaqlar üzərində qaravolçuluq prinsipinə əsaslanmamalıdır”

Bağçalarda əsl məktəbəqədər pedoqoji prosesdən irəli gələn məqsəd və vəzifələr həyata keçirilməlidir. Xüsusilə körpələrin təliminin pedoqoji qanunlar əsasında öyrədilməsi tərbiyəçilər tərəfindən lazımınca yerinə yetirilməlidir. Təbiyəçi, müəllim bilməlidir ki, təlim olmadan onun tərbiyə etdiyi körpə sabah nümunəvi məktəbli, sonrakı mərhələdə intellektual bir gənc ola bilməz. Və ya həmin uşaqda böyüyəndə rəzil əxlaqın formalaşması mümkündür ki, bu da xalqın, dövlətin mədəni inkişafına əngəldir.
Uşaqlarda körpəlikdən inandırma, yetişdirmə, ərsəyə gətirmə olmasa, körpənin 1-ci sinfə gedəndə mənimsəmə, qavrama qabiliyyəti olmayacaq və ya çox aşağı səviyyədə olacaq. Çünki, təlim olmadan tərbiyə, tərbiyə olmadan isə təhsilin olması mümkünsüzdür. Təlim olmadan 3-5 yaşlı uşaqlarda əxlaq tərbiyəsinin əldə edilməsi çətin olur, bəzən də mümkün olmur. Körpə davranış tələblərini təlimin əsasında başa düşə bilir və bunu təbii ki, savadlı tərbiyəçi müəllimlərin nəzarəti altında qavrayır. Bir sözlə, körpənin təlimi yoxdursa, tərbiyəsi və təhsili də formalaşmır. Körpə sabahkı şagirddir və onun ev tapşırığını müstəqil şəkildə icra etməsi özünütəlimdir. Prosesdən qazanılan bilik özünütəhsildir. Bu varsa, deməli körpənin inkişafında şüur, təfəkkür, məsuliyyət hissi, intizam, əxlaq hamısı ümumilikdə formalaşır və bu özünütərbiyə adlanır. Hər halda elm belə deyir və belə bir ruhda böyüyən gənc oğurluq, cinayət, intihar və s. xoşagəlməz hallardan uzaq olur. Bütün bunların əsası və bünövrəsi məktəbəqədər təhsil müəssisələrində qoyulur. Demək, biz bu gün qışqırırıqsa, çağırışlar ediriksə ki, təhsili inkişaf etdirməliyik, bunları, o cümlədən, orta məktəbdən əvvəl uşaq bağçaları və uşaq evlərində axtarmalıyıq. Bunu orada məktəbəqədər pedaqogika elmini bilən tərbiyəçi müəllimlərdən istəməliyik. Körpə 1-ci sinfə hazırlıqlı gəlməlidir. Əslində biz şagird üçün baza olan məktəbəqədər təhsil müəssisələrini inkişaf etdirib, diqqəti ora yönəltməliyik. Bunlar olmazsa, gələcəkdə intihar, oğurluq, cinayət hadisələrinin sayını minimuma sala bilmərik. Uşaq bağçalarına olan diqqət və qayğı daima ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın nəzarətində olması danılmazdır. Elə bu səbəbdən Heydər Əliyev Fondunun böyük dəstəyi nəticəsində ölkədə yeni məktəbəqədər təhsil binalarının istifadəyə verilməsi bariz nümunəsidir. Lakin təəssüflər olsun ki, bəzən mövcud imkanlardan “acgöz müdirlər” öz şəxsi mənfəətlərini artırmaq üçün prinsip etibarilə hiyləgərcəsinə istifadə edirlər. Son vaxtlar media portallarında “Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov cənabına 246 saylı məktəbəqədər təhsil müəssisəsinin rəhbəri Ələkbərova Xalidə Hümbət qızının qanunsuz əməlləri” ilə bağlı başlıqlı yazılar dərc edilmişdir. Belə ki, redaksiyamıza daxil olan məlumatlarda bağçada hökm sürən rüşvətxorluq, korrupsiya pikk nöqtəyə çatdığı bildirilir. Bağça müdirəsi Ələkbərova Xalidə Hümbət qızı bütünlüklə iş funksiyasını rüşvət, korrupsiya üzərində qurmasından, bağçada baş verən böyük yeyinti hallarından, ələlxüsus, hər həftənin şənbə günləri uşaqlar üçün ayrılmış ərzağın mənimsənilməsindən (nəzərə alsaq ki, şənbə günlər uşaqlar demək olar ki, olmur), bağça üçün ayrılmış iki gözətçidən birinin belə işə çıxmamasından, yəni müdirə həmin gözətçilərə ayrılmış aylıq məvacibləri şəxsən mənimsəyir, ilkin olaraq bağçaya uşaq götürülərkən valideynlərdən 200-300 manat pul alınmasından və s. qanun pozuntularından bəhs edilir. Məlumatlarda bildirilir ki, X.Ələkbərovanın qanunsuz əməlləri yoxlanarkən həqiqətən də qanunsuz əməllərin hökm sürdüyü aşkarlanmışdır. “DİPLOMSUZ MÜDİR” Maraqlıdır, orta ixtisas təhsili olan müdirənin müdir kimi fəaliyyət göstərməsi daha hansı “maraqlara” xidmət göstərir? Görəsən, cənab başçının bağça müdirəsinin ali diplomu olmamasından və bunu hər kəsdən gizlətməsindən xəbəri varmı? “GÖZƏ GÖRÜNMƏZ” VƏ YAXUD “ÖLÜ CANLAR” Gülünc haldır ki, aparılan yoxlamalar formal xarakter daşıdığından rəsmi “texniçka” kimi çalışanlar daha çox “müəllimə” kimi işləməsi gözə görünür. Eyni zamanda bağçada adı olub, özü olmayan ona qədər işçinin aylıq məvacibini “yeməsi” burada “ölü canlıların” olmasından xəbər verir. FONDUN DAĞILSIN FOND YİYƏSİ Təəssüflər olsun ki, hətta yoxlamalardan sonra belə “arxalı müdir” “fond pulu” adı altında valideynlərdən hər ay 30 manat məbləğində pul yığır. Maraqlıdır, X.Ələkbərova kimin himayədarlığı altındadır ki, aparılan “yoxlamaların” nəticəsində belə indiyə qədər onun haqqında heç bir ciddi cəza tədbiri görülməyib. (“Himayədar” haqqında jurnalist araşdırmalarımız davam edir...) DİPLOMSUZ MÜDİRƏNİN “AYAQYOLU ƏMƏLİYYATI” Ən acınacaqlısı odur ki, yoxlama prosesi gedərkən X.Ələkbərovanın xüsusi tapşırığı ilə bağçada yerləşdirilən əlavə uşaqlar bağçanın ayaqyolusunda saatlarla bağlı şəkildə saxlanılmışdır. Öz şəxsi maddi maraqlarını hər şeydən üstün tutan, hərəkətlərinə heç bir şəkildə qiymət verilməsi mümkün olmayan X.Ələkbərovanın əməlləri təsdiqini taparsa, BŞİH-nin başçısı Hacıbala Abutalıbov tərəfindən cəzasız qalması mümkünsüzdür. Mövzunu davam etdirəcəyik
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • 246 saylı bağçada “yoxlama”, yoxsa “ayaqyolu əməliyyatı”

    246 saylı bağçada “yoxlama”, yoxsa “ayaqyolu ...

    6-06-2016, 17:25

  • 
  • Uşaq bağçalarına elektron qəbul başlanılır

    Uşaq bağçalarına elektron qəbul başlanılır ...

    28-02-2020, 14:38

  • 
  • BŞİH-in Aparat rəhbəri: “Uşaq bağçaları ilə bağlı islahatlar aparılacaq”

    BŞİH-in Aparat rəhbəri: “Uşaq bağçaları ilə bağlı ...

    4-12-2018, 11:33

  • 
  • Mehriban Əliyeva Xətai rayonunda yeni inşa olunmuş 6 saylı uşaq bağçasının açılışını edib

    Mehriban Əliyeva Xətai rayonunda yeni inşa ...

    1-02-2019, 16:31

  • 
  • Bakıda UŞAQ BAĞÇASI BİZNESİ - İTTİHAM VAR!

    Bakıda UŞAQ BAĞÇASI BİZNESİ - İTTİHAM VAR! ...

    28-02-2023, 22:06


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu