GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İcra başçısı prezidentin açdığı zavodu bağladı

İcra başçısı prezidentin açdığı zavodu bağladı

Tarix: 15-09-2016, 12:22 Bölmə :GündəmXəbər / Manşet Baxış: 991
İcra başçısı prezidentin açdığı zavodu bağladı

İsmayıllıdakı “İsma Bikes” velosiped zavodu müəmmalı şəkildə fəaliyyətini dayandırdı; 7 milyona tikilən müəssisə ölkə başçısı gedər-getməz qıfıllandı


Mirdaməd Sadıqova sadiq tender firmalarının milyonluq maxinasiyaları, başçı ilə əlbir nazir qardaşının maliyyə xəyanətləri barədə sensasion faktlar “Gündəm-xəbər”də...

İcra başçısı İsmayıllıda prezidentin açılışını etdiyi zavodu bağladı. “Gündəm-xəbər”in verdiyi məlumata görə, bu barədə sosial şəbəkələrdə hüquq müdafiəçisi Oqtay Gülalıyev xəbər yayıb.

Məlumatda deyilir ki, yeni açılmış zavod fəaliyyətini dayandırıb. Rayondan Hazırda “İsma Bikes” velosiped zavodu işləmir.Halbuki, həmin zavodun açılışında dövlət başçısı İlham Əliyev də iştirak edib, hətta velosiped sürüb.

İcra başçısı prezidentin açdığı zavodu bağladı

İşsizliyə dəstək verən başçı

Bildirilib ki, bu il 50 nəfərin, gələn il 100 nəfərin işləyəcəyi zavodda Bolqarıstanla birlikdə Azərbaycanda müasir standartlara uyğun velosiped, əlil arabaları və s. istehsal olunacağı nəzərdə tutulub.

Həmçinin, velotreklər salınması və idman yarışları keçirilməsi planlaşdırılır. Zavodun inşası üçün 7 milyon manat vəsaitin xərcləndiyi bildirilir. Amma açılışından bir ay keçməmiş zavod fəaliyyətini dayandırıb.

Bunun səbəbi isə bəlli deyil. Yerli sakinlərdən biri idida edib ki, açılışında nümayiş olunan velosipedlər də bu zavodda istehsal olunmayıb, kənardan gətirilib.

Zavodun fəaliyyətinin dayandırılması nə ilə əlaqədar olduğu bilinməsə də, İsmayıllının icra başçısı Mirdaməd Sadıqov üçün biabırçı hadisədir.

Ölkə başçısının açılışında iştirak etdiyi və böhranın dərinləşdiyi vaxtda iş yerləri açılmasına dəstək verdiyi zamanda M.Sadıqovun rəhbəri olduğu rayonda zavod çox çəkmir ki bağlanır.

Bu məqalə hazırlandığı saata qədər rayon rəsmilərindən kimsə zavodun bağlanması haqda açıqlama verməmişdi və izah edilməmişdi ki səbəb nə ola bilər. Belə laqeyd və etinasız münasibət icra başçısının məsələyə yanaşmasından qaynaqlanır.

Xeyli sayda adamın işlədiyi zavodun açılar-açılmaz bağlanması rayonda iqtisadi vəziyyətə, sənayenin inkişafına vurulan zərbədir.

İcra hakimiyyəti başçısı isə milyonlar bahasına başa gələn zavodun qapılarını qıfıllayıb işləksiz quruma çevirir. Halbuki ixtisasca iqtisadçı olan M.Sadıqov zavodun işləməsinin rayon üçün nə dərəcədə əhəmiyyətli olduğunu bilməlidir.

İcra başçısı prezidentin açdığı zavodu bağladı

Ələkbərovlar yoluna qayıdış

Rayona rəhbər gəldiyi gündən müsbət imic qazanmağa çalışan və Ələkbərovların qoyduğu problemləri həll etməyə can atan icra başçısı sonra işləri yarımçıq saxladı.

Məlum oldu ki, onun da başı maliyyə yeyintilərinə, biznesini qurmağa qarışıb. Mirdaməd Sadıqov son 2 ildə xeyli dəyişib və Ələkbərovların rayonda qurduğu çirkli biznesi davam etdirməyə qərar verib.

Məsələn, “İsmayıllı Tikinti-27” ASC-nin sədri Məhəbbət Əliyeva adlı şəxs olsa da, əslində bu qurumun arxasında başqaları, yəni, Sadıqovun əlbir olduğu tikinti mafiyası dayanır.

Mirdaməd Sadıqovun tikinti sektorunda maxinasiyalar aparması və rayondakı işbazlarla əlbir olaraq büdcədən külli miqdarda vəsait «yeməsi» barədə iddialar var.

Belə ki, Nizami Ələkbərovun vaxtında bir çox dövlət sifarişlərini icra edən, ənənəvi «tender qalibi» kimi tanınan, eyni zamanda sabiq icra başçısının oğlu Vüqar Ələkbərovun şirkəti olaraq bilinən «VAFİ-Region» MMC şirkətinin «qabaqcıl» yerini indi «İsmayıllı Tikinti – 27» ASC tutub.

Mediada yayılan məlumatlarda deyilir ki, M.Sadıqovun «etibarlı» şirkəti kimi tanınan bu şirkət də «VAFİ-Region» MMC ilə eyni ünvanda qeydiyyatdadır.

Sadıqova sadiq tender şirkətləri - Siyahı

Lakin bundan əvvəl də mətbuatın araşdırmaları nəticəsində məlum olmuşdu ki, bu ünvanda, yəni M.Orucov-100 ünvanında Ruhiya Cavadova adlı vətəndaş yaşayır.

Heç bir şirkətlə əlaqəsi yoxdur. “İsmayıllı Tikinti-27” ASC yeni icra başçısının vaxtında bir çox dövlət layihəsinin icraçısı olub, 1 milyon manatdan çox büdcə vəsaitinin mənimsənilməsində iştirak edib.

Həmçinin Sadıqovun sevimli «icraçı»ları arasında «Ağçay-48» və «ÜlviMİ» adlı MMC-lərin də adı çəkilir. Bu şirkətlərin hər ikisinin hüquqi ünvanı rəsmi sənədlərdə eyni ünvan - Aslanov küçəsi 17 göstərilib.

Rayonda «siyam əkizləri» kimi yada salınan bu şirkətlər İsmayıllı şəhərində və kəndlərdə bağçaların, körpələr evlərinin tikintisi və əsaslı təmirinə cəlb olunur, müxtəlif «abadlaşdırma» layihələrinin əsas oyunçusuna çevrilirlər.

Görünür ki, bu şirkətlər ya Sadıqovun yaxın çevrəsinə məxsusdur, ya da yeni icra başçısı rayona «adaptasiya» olmaq məqsədi ilə bəzi şəxslərin «biznes»inə yol açmağa qərar verib.

Ancaq «N-L» MMC (rəhbəri Rafiq Dadaşov) ilə görülür ki, bu da, açıq-aşkar «otkat» əməliyyatından xəbər verir. Mənbə bildirir ki, başqa rayonlardan olan, xüsusilə də, qaçqın və məcburi köçkünlərin rayonda hər hansı biznes fəaliyyəti yaratmasına imkan verilmir. Hətta RİH başçısı özü də dəfələrlə «gəlmələr» ifadəsi işlədərək, qaçqın və məcburi köçkünlərə qarşı ögey yanaşma nümayiş etdirir.

Mahmudova tikdiyi villaya nəzarət

M.Sadıqov maxinasiyalarına görə diqqət mərkəzində olub. Onun fəaliyyəti Eldar Mahmudov şəbəkəsi tərəfindən xüsusi izlənilib.

Özünü sığortalamaq üçün İsmayıllının icra başçısı eks-nazirə bahalı hədiyyələrin bağışlanması ilə vəziyyətdən çıxmaq istəyib.

Keçmiş MTN şefinin hörmətini qazanmaq istəyən İsmayıllının icra başçısı bunun yolunu ona bahalı hədiyyə etməkdə görüb.

Belə ki, Mirdaməd Sadıqov İsmayıllının görməli yerlərinin birində 1.5 hektar ərazidə dəyəri 3 milyon manata yaxın olan villa tikdirib və eks-nazirə hədiyyə edib. Maraqlısı da budur ki, hədiyyə Eldar Mahmudovun doğum gününə təsadüf edib.

Bununla icra başçısı həm özünü sığortalamaq, həm də ölkənin əsas adamlarından hesab olunan nazirinin yanında hörmət qazanmaq istəyib. Bu məlumatı artıq media yayıb və yuxarı dairələrdən icra başçısına xərdarlıq edilib ki həmin villaya nəzarət etsin.

İcra başçısı bunu ona görə edib ki Tağı Əhmədov kimi Çovdarova 3 milyon verməyə məcbur olmasın. Görünür, istəyinə çatıb. Amma məsələdən xəbər tutan mərkəzi dairələr ona töhmət verməsə də, həmin villanın Mahmudovdan alınması mümkündür.

Nazir qardaşı ilə başçının maxinasiyaları

Rayonda sanki hansısa böyük güc sahibi açıqca özbaşınalıq mühiti yaradıb. Rayonun büdcəsindəki maliyyə vəsaitləri lazımsız layihələr üçün sərf edilərək silinir.

Maliyyə idarəsi şişirtmə rəqəmlərlə, idarə-müəssisələrə yumuşaq inventar, bərk inventar adıyla xeyli yeyintiləri həyata keçirir. Rayon mərkəzində və kənd, qəsəbələrdəki uşaq bağçalarına ayrılan maliyyə vəsaitlərində mənimsəmələr və faiz dərəcələri tətbiq edilir.

Rayonun təhsil şöbəsi ilə birlikdə xeyli maliyyə pozuntularına yol verilir.Belə ki,məktəblərə qış mövsümündə ayrılan dizel yanacağı məsələsində xeyli qanun pozuntuları mövcuddur.

Rayon maliyyə idarəsi bir neçə uşaq bağçası və sair tikilini həyata keçirmək,əsaslı təmir və sair işləri özlərinə yaxın şəxslərin adına rəsmiləşdirdikləri MMC-lər vasitəsi ilə həyata keçirir ki,burada da böyük maliyyə maxinasiyaları var.

Rayon ərazisindəki dəftərxanalara ayrılan vəsaitlər məhz maliyyə idarəsindən şəxsi maraqlar üçün ayrılır.

Rayonda gecələr əksər işıqlandırma sistemləri söndürüldüyünə baxmayaraq 3500-4000 arasında elektrik lampası üçün pul silinir. Rayon mərkəzi xəstəxanası ilə yeyintilər birgə həyata keçirilir.

İynə-dərman ləvazimatları,ərzaq məhsulları və sairlər üçün ayrılan vəsaitlərin bir qismi maliyyə nazirliyinin payı adı ilə geri qaytarılaraq mənimsənilir.

Ötən il rayon təhsil şöbəsində böyük yeyinti və qanun pozuntularının üzə çıxmasına baxmayaraq, maliyyə şöbəsinin müdiri Radim Müslümovun və qardaşı əhalinin sosial müdafiəsi və inkişafı naziri Səlim Müslümovun köməkliyi ilə bu fakt ört-basdır olundu.

Bu məsələdə maliyyə nazirliyinin əməkdaşları külli miqdarda rüşvət alaraq rayondan heç nə olmamış kimi getdilər. Bu ilin ortalarında maliyyə nazirliyi yenidən rayon səhiyyəsini yoxladı və burada da külli miqdarda yeyinti faktları aşkarlandı.Yenə ört-basdır olundu.

Hesablama Palatası hara baxır?

İsmayıllıda maliyyə pozuntularının cücərdiyi instansiya maliyyə idarəsidir. Burada əsas fiqur müdir və baş mühasib Rəsul Baxışovu və sairlərini göstərmək olar. Maliyyə idarəsində büdcəni ustalıqla həzm edən bir şəbəkə illərdir ki,formalaşaraq fəaliyyət göstərir.

Heç bir əsas göstərmədən idarələr üçün ayrılmış vəsaitlərdən faiz tələb olunur.Başa düşə bilmirik ki,bu faizlər kimlərin cibinə axır. Maliyyə idarəsində həyata keçirilən qaranlıq məqamlardan rayon rəhbərliyinin xəbəri yoxdur deyimi olduqca gülünc səslənir.

Çünki icra başçısı hörmətli Mirdamət Sadıqov maliyyəçi alimdir.Onun gözündən hansısa mətləblərin yayınması heç bir halda inandırıcı görünə bilməz. Mirdamət Sadıqov və maliyyə idarəsinin müdiri hörmətli Radim Müslümov yaxın qohumdurlar.

Radim müəllimi İsmayıllıya Mirdamət müəllim gətizdirib. Hesablama palatası əgər işində və irəli sürdüyü təkliflərdə səmimidirsə onda nədən İsmayıllı rayonundakı büdcə talançılığına göz yumur? Yaxud palata imkan varsa ictimaiyyət üçün açıqlasın görək İsmayıllı ilə bağlı yoxlamaların həyata keçirilməsinə kim maneçilik edir?

Bütün bu faktlar zavod bağlanan İsmayıllıda baş verib. Maraqlıdır ki heç bir reaksiya da yoxdur. Buna baxmayaraq, iddialar və ittihamlarla bağlı eç bir qərəz olmadan hörmətli M.Sadıqovun mövqeyini dinləməyə hazırıq.

Rafiq Qara
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Saakaşvili maykada velosiped sürdü - Video

    Saakaşvili maykada velosiped sürdü - Video ...

    6-07-2015, 19:24

  • 
  • Alı Alıyevin prezidentə yalanlarının şok detalları…

    Alı Alıyevin prezidentə yalanlarının şok ...

    16-12-2015, 02:28

  • 
  • Göyçayın icra başçısı qaçıb?

    Göyçayın icra başçısı qaçıb? ...

    20-12-2013, 22:46

  • 
  • Velosiped sürücülərinə xəbərdarlıq edildi

    Velosiped sürücülərinə xəbərdarlıq edildi ...

    18-08-2015, 18:49

  • 
  • Velosiped oğurladı deyə döyə-döyə öldürdülər - Tükürpədən - VİDEO - FOTOLAR

    Velosiped oğurladı deyə döyə-döyə öldürdülər - ...

    18-08-2015, 21:26


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu