GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Başçının növbəti faciəsindən sakinlər necə qurtuldu? - Müdhiş korrupsiya

Başçının növbəti faciəsindən sakinlər necə qurtuldu? - Müdhiş korrupsiya

Tarix: 26-10-2016, 23:03 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 017
Başçının növbəti faciəsindən sakinlər necə qurtuldu? - Müdhiş korrupsiya

Bakıya yağan yağış Xaləddin İsgəndərovun “Təmiz Binəqədi” layihəsinin çirkablarını və təmiz yeyintisini üzə çıxardı

Binəqədi yenə də su altında qaldı, FHN təxliyə etməsə evlərdən meyitlər çıxacaqdı...

Paytaxtın Binəqədi rayon icra başçısı növbəti faciəyə səbəbkar olacaqdı. Xaləddin İsgəndərov bu dəfə Bakıya yağan yağışda Binəqədi camaatını boğacaqdı. Şükür ki göydə Allah və yerdə FHN əməkdaşları sakinlərin harayını eşitdi.

Başçının növbəti faciəsindən sakinlər necə qurtuldu? - Müdhiş korrupsiya

2015-ci ildə X.İsgəndərovun keyfiyyətsiz politeran üzlüyünü bina fasadına vurdurması 13 nəfərin tələf olması ilə nəticələnmişdi. İcra başçısının 16-18 oktyabr tarixlərində də iflasa uğramış, biabırçı “Təmiz Binəqədi” layihəsi böyük fəlakətə gətirib çıxaracaqdı.

FHN-nin xilasediciləri sakinləri təxliyə etməsəydi yanan bina işinə bənzər faciə yaşanmağa yaxın idi. X.İsgəndərov isə bu məsuliyyətsizliyinə, “Təmin Binəqədi” faciəsinə görə nə çıxıb açıqlama verdi, nə sakinlərin halına yandı.

Başçının növbəti faciəsindən sakinlər necə qurtuldu? - Müdhiş korrupsiya

“Gündəm-xəbər”in əldə etdiyi məlumata görə, yağış yağan günlərdə “Təmin Binəqədi”nin küçələrində qayıqla üzmək olardı. Rayondakı evləri, həyətləri su basdı, sakinlər boğulmaq həddinə çatdırıldı. FHN işçiləri onların dadına yetişdi. “Təmin Binəqədi” təmiz dənizə oxşayırdı.

Əgər FHN yardıma çatmasaydı, evlərdən qadın və uşaqların meyitləri çıxacaqdı. Milyonlarla dövlət büdcəsi hesabına başa gələn “Təmin Binəqədi” layihəsinin keyfiyyətsiz, məmurların maxinasiyası ucbatından səhlənkar olduğu təsdiqini tapdı.

Başçının növbəti faciəsindən sakinlər necə qurtuldu? - Müdhiş korrupsiya

Hər yerə “Təmiz Binəqədi” yazıb vurublar. Küçələr, yollar bərbad gündədirsə, təmiz yazmağın nə mənası? Bunu qəzetimizə Binəqədi rayonu Süleyman Sani Axundov küçəsinin sakinləri deyirlər. Bakıya bir neçə saat yağış yağan kimi ilk "Evimizi su basdı", "Küçələrimiz gölə çevrilib" xəbərləri məhz Binəqədi rayonundan gəlir Nədənsə bu rayonda illərdir ki, yağışdan sonrakı problemlər öz həllini tapmır. Artıq insanlar bu durumun normal bir şey olduğuna alışırlar. Çünki Binəqədi sakinlərinin başqa yolu yoxdur. X.İsgəndərovun bu layihəsi sadəcə təmiz yeyintiyə səbəb olub.

Bundan başqa, Binəqədi rayon icra hakimiyyətinin həyata keçirdiyi bu lahiyədə bəzi məmurların və bələdiyyə sədrlərinin söküntülərdən qazandıqları milyonlarla manat vəsait olub.

Başçının növbəti faciəsindən sakinlər necə qurtuldu? - Müdhiş korrupsiya

Binəqədinin ən böyük qəsəbələrindən biri olan Biləcəridə həyata keçirilən bu reklam xarakterli kampaniyada yüzlərlə yerli sakin ciddi ziyan çəkib. Səbəb çox sadədir. Əlində icra hakimiyyətinin və bələdiyyənin söküntü üçün göstərişi olan Bələdiyyə sədri qanunun tələblərini pozaraq yüzlərlə Biləcəri sakinin evini başına uçurdub.

Başçının növbəti faciəsindən sakinlər necə qurtuldu? - Müdhiş korrupsiya

Biləcəridə özünü icarədar məmur kimi tanıdan İlham Xəlilov özü üçün mağazalar inşa etdirib. Onun adı MTN generalı Akif Çovdarova 150 min pul və torpaq bağışlamaqda keçib. Elə bu səbədən də qəsəbə ərazisində fəaliyyət göstərən sahibkarların fəaliyyəti dözülməz dərəcədə pisləşib.

İcra başçısı Xaləddin İbrahimovun göstərişi ilə abadlıq işlərinə nəzarəti əlində cəmləşdirən İlham Xəlilov səlahiyyətlərini aşaraq sahibkarlara verilən sərəncamları, məhkəmənin qərarı olmadan ləğv edib.

“Təmiz Binəqədi” lahiyyəsini Biləcəri sakinləri bildirir ki, süni torpaq təpəciklər ucaltmaqla əslində icra başçısı və bələdiyyə sədri problemlər girdabında boğulan Binəqədi ərazisini sanki “gizlətmək” istəyiblər. Amma o təpələr də dağıdıldı.

Başçının növbəti faciəsindən sakinlər necə qurtuldu? - Müdhiş korrupsiya

İcra başçısının “Təmiz Binəqədi” layihəsini və bu layihənin altında gizlədilən biabırçılığı təbiət asanlıqla üzə çıxardı. Paytaxta yağan bir neçə saatlıq yağış Binəqədinin “novator” rəhbərini “islatdı” və onun yol verdiyi korrupsiyanı küçələrdə gölləndirdi.

1 iyul 2014-cü ildən etibarən Binəqədi rayonu ərazisində mərhələli şəkildə “Təmiz Binəqədi” layihəsinin həyata keçirilməsinə başlanılıb.

Layihənin həyata keçirilməsi ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə Tədbirlər Planı təsdiq edilib və Tədbirlər Planının icrasını təmin etmək məqsədilə müvafiq komissiya yaradılıb.

Bunun ardınca sözügedən rayonun ərazisində vizual olaraq xeyli tədbir keçirilib. Yeni asfaltlar, zibil yeşiklərinin rənglənməsi, yaşıllıqların artırılması... Rayon icra hakimiyyətinin rəsmi saytında da bu tədbirlər 2015-ci ildə Birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsinə hazırlıq işi kimi qələmə verilib.

Başçının növbəti faciəsindən sakinlər necə qurtuldu? - Müdhiş korrupsiya

Ancaq leysan yağışlar bu layihəni də suya batırdı. Hazırda Binəqədinin əksər küçələri yağışa təslim olub, sosial şəbəkələrdə bununla bağlı yüzlərlə foto yer alıb.

Bu isə “Təmiz Binəqədi”nin yarıtmaz kanalizasiya sistemi, bərbad asfaltının olması barədə fikirləri möhkəmləndirdi. Yaxşı, bəs bu cür ciddi paraların dövr etdiyi layihənin fiaskoya uğramasının səbəbi nədir? Harda, hansı yeyintilər baş verib?

“Təmiz Binəqədi” layihəsinə ayrılan vəsaitlə bağlı məlumatlar şəffaf deyil. Avropa Oyunlara ayrılan vəsaitlər göz qabağındadır:

“2013-2014-cü illərdə olimpiya oyunlarına 2.3 milyard, 2015-ci il üçünsə 1.3 milyard manat ayrılıb. Hökumətin investisiya xərcləri mənbələrində göstərilmir ki, ”Təmiz Binəqədi" layihəsinə nə qədər vəsait ayrılıb.

Xatırladaq ki, Binəqədi rayonunun icra başçısı Xaləddin İgəndərov bu posta Vergilər Nazirliyindən gətirilib. X.İsgəndərov 2012-ci ilin aprel ayından Binəqədi İH başçısı təyin olunub.

Ötən müddətdə Binəqədidə elə ciddi dəyişiklik baş verməyib. Düzdür, o, bu vəzifəyə təyin olunandan yolların kənarında yaşıllıq salınır, hasarlar tikilir, divarlar ağardılır, rənglənir və s. Amma rayonun infrastrukturunda, əhalinin güzəranının yaxşılaşmasında ciddi irəliləyiş yoxdur.

Başçının növbəti faciəsindən sakinlər necə qurtuldu? - Müdhiş korrupsiya

Sakinlər daim rayon ərazisində suyun, elektrik enerjisinin və təbii qazın verilişində əvvəlki illərdə olduğu kimi problemlərin qaldığını vurğulayır. Demək, divarlara rəng vurmaqla, yol kənarına qazon əkməklə rayonun vəziyyətini düzəltmək olmurmuş.

Belə çıxır ki, “Təmiz Binəqədi” layihəsinə sərf olunan dövlət vəsaiti əslində bir neçə məmurun cibinə axıb. O qədər axıb ki, həmin pulların yaratdığı korrupsiya hazırda Binəqədinin küçə və prospektlərində az qala adam boyu qədər olan gölməçələr yaradıb.

Xaləddin İsgəndərov bu gölməçədə korrupsiya əməllərini yuya biləcəkmi, yoxsa o, elə həmin gölməçələrdə batıb qalacaqmı? Bunu yaxın zamanda görəcəyik.

Məlumatda bildirilir ki, Binəqədi rayon İcra Hakimiyyətinin başcısı Xaləddin İsgəndərov icra hakimiyyətinə gələn pulların bölünməsi üçün xüsusi adamlar müəyyənləşdirib.

Rayonun gənclər və idman idarəsinə, YAP-a, rayon təhsil şöbəsinə, uşaq baxçalarına ayrılan maliyə vəsaitlərə icra hakimiyyəti başcısının müavini Aygün Əliyevaya həvalə olunub. Beləliklə dövlət və partiya tərəfindən ayrılan maliyə vəsaiti ancaq Aygün Əliyevanın nəzarəti ilə xərclənə bilər.

Onu da deyək ki, Xaləddin İsgəndərov Azadlıq prospektindəkui məşum faciənin əsl təqriskarı kimi ittiham edilin. “Global Stone” şirkətinin təsisçisi Miryusif Mahmudovun məhkəmədə icra başçısını hədəfə alıb. Mahmudov deyib ki, yanan binanın üzlənməsi təklifi Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovdan gəlib. Onun sözlərinə görə, bu binanı yandırmaq üçün uzun müddət hazırlıq işləri gedib. Hazırlıqlar da aprelin 10-da Xətaidəki binanın yandırılmasından başlanıb. Onsuz da ölkə rəhbərliyinin gözündən düşmüş və yalnız nazirin himayədarlığı sayəsində yanğın olayından özünü sağ çıxarmış X.İsgəndərovun “vurulması” gündəmdədir. Deyilənə görə, Binəqədiyə yeni icra başçısı təyin olunması ehtimalı var. Ona görə də məhkəmə verilən ifadələrin hər sətiri onun əleyhinə işləyir. Referendumdan sonra islahatlar paketində problemli icra başçılarının da sistemdən uzaqlaşdırılması nəzərdə tutulub ki, siyahıda Binəqədi rəhbərinin adı keçdiyi deyilir. Ümumiyyətlə, 2015-ci il mayın 19-da Binəqədidə 16 mərtəbəli yaşayış binasında baş vermiş

yanğın ölkəni sarsıtmaqla yanaşı, “Günahkar kimdir?” sualını da indiyədək açıq saxlayır. Ancaq göründüyü kimi, günahkarlardan biri kimi şirkət rəhbəri icra başçısını göstərir. Digər əsas təqsirkar kimi isə MTN vəzifəlilərini ittiham edir. Məlumat üçün deyək ki. İsgəndərov Xaləddin Şahmar oğlu 5 noyabr 1962-ci Goranboy rayonunun Xanqərvənd kəndində anadan olub. 1984-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Əmtəəşünaslıq" fakultəsini bitirib.

Əmək fəaliyyətinə 1979-cu ildə Yevlax rayonu Birləşdirilmiş Qaz Birliyində çilingər olaraq başlamış, 1984-1985-ci illərdə Qubadlı rayonu İstehlak Cəmiyyətində Sədr Müavini vəzifəsində çalışıb.

Hərbi xidmətdən qayıtdıqdan sonra isə 1987-1991-ci illərdə Abşeron rayonu Təsərrüfat hesablı Univermaqda əmtəəşünas vəzifəsində işləyib.

1991-1992-ci illərdə Xızı rayonu İstehlak Cəmiyyətinin ticarət şöbəsinin müdiri vəzifəsində, 1992-2001-ci illərdə “Azər” təsərrüfat hesablı müəssisənin direktoru vəzifəsində çalışıb.

2001-2003-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin böyük referenti vəzifəsində, 2003-2012-ci illərdə Vergilər Nazirliyinin 11 saylı və 14 saylı Ərazi Vergi İdarələrində işləyib.

Bakı şəhəri Vergilər Departamentində, Vergilər Nazirliyi yanında Xüsusi rejimli Vergi Xidməti Departamentində müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Prezidentinin 26 aprel 2012-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Binəqədi RİH-nin mövqeyini dərc etməyə hazırıq.

Rafiq Qara
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda FHN su basan ərazilərdən əhalini təxliyə edir

    Bakıda FHN su basan ərazilərdən əhalini təxliyə ...

    17-10-2016, 23:50

  • 
  • Yanan bina sakinləri imtina etdilər

    Yanan bina sakinləri imtina etdilər ...

    20-05-2015, 17:38

  • 
  • Xaləddin İsgəndərov icra hakimiyyətinin həyətində “moyka” açıb - REPORTAJ, FOTOLAR

    Xaləddin İsgəndərov icra hakimiyyətinin həyətində ...

    30-03-2016, 17:24

  • 
  • Binəqədi İH başçısı yanan binada — VİDEO

    Binəqədi İH başçısı yanan binada — VİDEO ...

    20-05-2015, 18:03

  • 
  • Binəqədidə intihara cəhd: Sahibkar 500 mini geri istədi, icra başçısı söz verdi - HADİSƏ YERİNDƏN

    Binəqədidə intihara cəhd: Sahibkar 500 mini geri ...

    5-11-2015, 18:35


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu