Azərbaycanda 2016-cı ilin əvvəllərindən oktyabr ayınadək insan alveri ilə bağlı 484 fakt aşkar olunub. Onlardan 10-u məcburi əməyə cəlb olunub. Hesabat dövründə 353 nəfər insan alverçisi cinayət məsuliyyətinə cəlb olunub, 225 cinayətkar qrup və 473 insan alveri qurbanı müəyyən edilib.
Sadaladıqlarım rəsmi statistikadır. Qeyri –rəsmi statistikanın nəticələri isə ondan xəbər verir ki, mentalitet bayrağını əlində tutan millətimizin mentaliteti yerlə sürünür. Seks sənayesi məmləkətimizdə tüğyan edir, ləçəklər başa bağlanıb, papaqlar göydə fırlanır.
Azərbaycanda insan alverinə qarşı mübarizə aparılsa da, əxlaqsızlığın qarşısı alınmaq əvəzinə, daha da artır. Bəlkə elə bu səbəbdəndir ki, Azərbaycana turist kimi gələn ərəblər, farslar bizim qız-gəlinlərimizə alınıb-satılan mal, əşya kimi baxırlar. Bu gün şəhərimizin mərkəzindəki bar, kafe və restoranlarda qadın alveri tüğyan edir. Qəribəsi budur ki, onların bir çoxunun «krışası» isə elə məhz bəzi polis işçiləri və rəisləridir. Əgər belə olmasaydı, şəhərin ortasında seks sənayesi gündən-günə çiçəklənməzdi.
Bir neçə gün əvvəl Fərhad Əhmədov adlı Bakı sakini redaksiyamıza şikayət məktubu göndərib. Məktubda yazılır: «Yazaraq sizə bildirmək istəyirəm ki, bir neçə gün bundan əvvəl Xaçmaza gedərkən, Qubanın Vəlvələ kəndindəki «Bakı» kafesində baş verənlər mənə bu məktubu yazmağı vadar etdi. Bir tərəfdən Daxili İşlər Nazirliyi Azərbaycanda qadın alverinə qarşı mübarizə aparır, digər tərəfdən isə mübarizə aparan məmurlar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ölkədə qadın alverinə şərait yaradır. Nazirliyin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları demək olar ki, hər gün Azərbaycandan qadınları aldadıb aparanlara qarşı ən ağır cəzaların tətbiqinə çalışır, bəzi polislər və polis rəisləri işə vəzifə səlahiyyətlərindən istifadə edib, insan alverçilərinə himayə edirlər.
Elə Qurbanın Vəlvələ kəndindəki «Bakı» kafesini götürək. Bu yaxınlarda Qubanın Vəlvələ kəndindəki «Bakı» kafesinə getdik. Orada Gülnar adlı birisi bizi qarşıladı. Mənə və dostlarıma bildirdi ki, bu kafedə necə istəyirik, kimlə istəyirik gözəl istirahət edə bilərik. Buradakı «qız»ların məzənnəsi isə 50-70 manat arası dəyişir. Otağın məzənnəsi isə saatı 30 manatdır. Əvvəlcə yemək sifariş verdik. Bizə gətirilən yeməklər köhnə, göstərilən otaq isə antisanitariya şəraitində idi. Biz yemək yeyə bilmədik. Gülnar xanımı çağırıb iradımızı bildirdik. Gülnar gur səslə bizə hədə-qorxu gəlməyə başladı. Sonra dedi ki, sizdən heç kim qorxmur. Gedin nə istəyirsiz edin, kimə istəsəniz ona da şikayətlənin. Buranın müdiri keçmiş polis işçisi Oqtay Əsədovdur və Qubanın polis rəisi Süleyman Nemətov da onun arxasında durur. Biz hər ay polislərə haqq veririk. Odur ki, heç kim bizə söz deyə bilməz.
Daha sonra Gülnar bizi döydürtməklə hədələdi. Biz də bir söz demədən oranı tərk etdik. Axşama qədər bizimlə olacağına söz verən qız bizi yol üstündə gözləyirdi. O, bizə bildirdi ki, yaxınlıqda bir kafe var, elit təbəqənin adamları «Yaşıl bağ»a gedirlər. Kim ki, buranın şəraitini bəyənmir, məni ora aparır. Elə rəfiqələrim də ora tez-tez çağrılır».
Doğrusu məktubu oxuduqdan sonra faktı araşdırmaq qərarına gəldik. Bizi maraqlandıran Qubanın «Vəlvələ» kəndindəki «Bakı» kafesinin müdiri Oqtay Əsədovun keçmiş polis işçisi olmasaydı. Həmçinin Gülnar adlı qadının məktubda deyildiyi kimi Qubanın Polis İdarəsinin rəisi Süleyman Nemətovun adını hallandırması, onu özlərinin himayəçisi kimi təqdim etməsi də bizə maraqlı gələn məqamlardan idi.
Doğrudur, bəzi polis işçilərinin qadın alverindən pul qazanıb, o pul ilə arvad-uşağına əyin-baş alması heç kimə sirr deyil. Hətta bəzi polis işçiləri və rəislərinin həmin əxlaqsız qadınların seks xidmətlərindən istifadə etməsi ilə bağlı da maraqlı məlumatlar var. O ki, qaldı Qubanın Polis İdarəsinin rəisi Süleyman Nemətova, onun adına nədənsə mətbuatda tez-tez rast gəlmək mümkündür. Nədənsə mətbuatımızda «Çakır» ləqəbi ilə tanınan Süleyman Zeynalovun kiçik bir kafedə tüğyan edən qanunsuzluqlara və qadın alverçilərinə havadar olmasına
inanmaq olmurdu. Çünki müxalifətə qarşı amansız mübarizə aparan, İsa Qəmbərə «Sənin barmağını qıraram» - deyən, İqbal Ağazadənin şikayət etdiyi, vahhabilərə işkəncələri ilə ad qatanan Süleyman Nemətovu biz vətənpərvər bir insan kimi tanıyırıq. Lakin belə bir çirkin işdə onun adının hallanması ən azı…
Doğrudur, vaxtılə Elçin Behbudov Süleyman Nemətovun məsuliyyətə cəlb etməsini tələb etsə də, ona gözün üstə qaşın var deyən olmamışdı. Süleyman Nemətovun adı bizlərə həm də 30 aprel ADNA terror faciəsinin ildönümünə həsr edilən aksiyalardan da tanış idi. Həmin aksiyada mülki geyimdə fəaliyyət göstərən Süleyman Nemətov aksiya iştirakçılarına qarşı sonsuz aqressiyası ilə də seçilirdi. Lakin bütün bunlara baxmayaraq Süleyman Nemətovun belə bir yerə himayə etməsi ağlasığan deyildi. Odur ki, yazılanları öz gözlərimizlə görməyi qərarlaşdırdıq və …
Qubanın Oqtay Əsədovu
Qubanın «Bakı» kafesinin sahibi Oqtay Əsədovdur. Sizlər elə zənn etməyin ki, söhbət Mili Məclisin spikeri Oqtay Əsədovdan gedir. Yox, buranın sahibi deyilənə görə keçmiş polis işçisi olmuş Əsədov Oqtay Məmmədşərif oğludur. Yaşı 70-ə yaxın olan bu obyekt sahibinin nəvəsinin də polis olduğu deyilir. Məktubda adı keçən Gülnar da, oranın işçilərindən birinin dediyinə görə Oqtay Əsədovun «Getmə gözümdən- gedərəm özümdən» - dediyi biridir.
Kafenin girəcəyində bizi gənc bir oğlan qarşıladı. Zahiri görünüşümüzə diqqətlə baxan oğlan bizi otağa dəvət etdi. Ətrafa göz gəzdirdik. Yatağı olan yalnız bir otaq vardı. Yemək sifariş etdik. Sonra istirahət üçün otağın və gənc qızların olub-olmaması ilə maraqlandıq. Zahiri görünüşümüzdən jurnalist olduğumuzdan şübhələnmişdilər. Süfrəni də qüsursuz bəzədilər ki, nədənsə məktubda yazılanlarla uyğun gəlmirdi. Birdən otağa gənc bir qız daxil oldu. Diqqətlə bizə baxaraq: «Siz jurnalistsiniz?» -deyə həyəcanla soruşdu. «Əlbəttə yox» - deyərək qızı sakitləşdirdik. Məlum oldu ki, qızın adı Xədicədir və 22 yaşı var. Xədicə bizə dedi ki, bu kafedə xüsusi otaqlar yoxdur. Odur ki, biz bura gələn müştəriləri kef etmək üçün «Yaşıl bağ» kafesinə aparırıq. Oradan şərait daha yaxşıdır. Xədicədən onun
neçə manata bizimlə gedəcəyini soruşanda o, «50 manat bəsimdir» -dedi. Sonra bildirdi ki, o biri dostumuz üçün 40 manata rəfiqəsini də gətirə bilər. Nəhayət biz razılaşdıq. Kabablarımızı yeyib, gənc oğlandan qaiməni istəyəndə, Xədicə bildirdi ki, sizə özüm qulluq edəcəm. Qüsursuz süfrədəki yeməklərə görə 15 manat yazılmış qaimə gəldi. Pulu ödəyib yola düzəldik. Yolda Xədicə bizi gözləyirdi. Özünə tez bir zamanda bəzək vermiş Xədicə cəld maşina oturdu və söhbətimizə başladıq:
- Ərindən niyə ayrılmısan?
- Yola getmirdik, ona görə.
- Bəs nədən can alveri ilə məşğulsan?
- Uşaqlarımı saxlamaq üçün.
- Xədicə, «Bakı» kafesinin müdiri kimdir?
- Kim olacaq, Oqtay müəllim. O keçmiş polis işçisidir. İndi nəvəsi də polisdir və Quba Rayon Polis İdarəsinin rəisinin yaxın dostudur.
- Bəs Gülnar kimdir? Nədən burda o, at oynadır?
- Gülnar Oqtayın sevgilisidir.
- O da can alverinə çıxır?
- Yox, Oqtay ona imkan vermir. Elə kafeni də Oqtaydan çox Gulnar idarə edir. Orada hamı Gülnardan qorxur.
- Nədən həyatını məhv edirsən?
- Onsuz da məhv olub.
Bir sözlə, Xədicə bir saata yaxın bizi Qubada gəzdirdi və özünü elə göstərdi ki, guya «Yaşıl bağı»n yerini unudub. Onda mən israrla: «Sən canın, Oqtaya zəng et, gedib orda dincələk» - dedim. Özünə 10 manatlıq kontur aldırıb 7-8 kişi ilə telefonla danışan Xədicə sözümüzü yerə salmayıb, «Bakı» kafesinin müdiri Oqtay Əsədova zəng vurdu:
- Oqtay, imkan ver bayaqkı adamlar gəlsinlər, Qorxma, onlar jurnalis deyillər. Nə istəsən verəcəklər. Pullu adamlardır.
Oqtay Əsədov Xədicənin sözünü yerə salmayıb «gəlsinlər» - dedi.
Xədicə maşını yenidən «Bakı» kafesinə sürdürdü. Sonra gülərək bizə dedi:
- Oqtay mənlikdir, problem deyil. İndi otağı hazırlayıb sizi çağıraram. Hələlik o biri otaqda çay için. Amma otağın 1 saatı üçün 30 manat verəcəksiniz. Biz razılaşdıq və çay sifariş verdik. Çay gələnə qədər ortaq artıq hazır idi.
Xədicəyə əvvəlcədən dostumuza seks xidməti üçün 50 manat ödəmişdik. Onun ağlına belə gəlməzdi ki, görüşdüyümüz andan hər danışığımızı diktofona yazırıq. Sonradan 30 manat da otaq pulunu ödədik. Yanımıza iki ərəb dostumuzun gələcəyini dedikcə, Xədicənin gözləri sevincdən parıldayırdı. Xədicə ilə söhbət edərkən, birdən qapı açıldı. Obyektin sahibi Oqtay Əsədov otağa boylandı. Yaşlı bir polis işçisinin belə bir pritona başçılıq etməsi bizdə təəssüf hissi doğurdu və fikirləşdik ki, əcəba bizim qanunlarımızı qoruyan bəzi polislərimiz təqaüdə çıxandan sonra priton sahibi olurlarsa, onda biz attıq hansı qanunlardan danışa bilərik? Bəlkə bizlər özümüzü elə polislərdən qorumalıyıq?
Xədicə bizi otağa dəvət etdi. Otağa girib oranın şəkillərini çəkdik. Çirkli yataq olan otağa diqqətlə baxdıq. Şərraitsiz otaqda antisanitariya şəraiti höküm sürürdü. Bir anlıq eyni yataqda gündə neçə nəfərin yatıb yolxucu xəstəlik tutduğunu fikirləşdik. Seks sənayesinin inkişafı ilə məşğul olan bu məkandan tez ayrılmaq istəyirdik. Fikirlər içində oranı tərk etdik. 50-70 manat arası seks xitməti göstərən Qubanın «Bakı» kafesində kənardan Xədicə vasitəsi ilə sifariş etdiyimiz və «Bakı» kafesinə çağırdığımız fahişəni gözləmədən yola düşdük. Bir məqam bizə aydın oldu ki, yolüstü seks xidmətindən yaralranmaq istəyənlər Qubanın «Bakı» kafesinə baş çəkirlər. Gecəni kef çəkib, daha konfortlu istrahət etmək istəyənlər isə Oqtay Əsədovun Gülnarın məsləhəti və Xədicənin müşayəti ilə «Yaşıl bağa» göndərilir. Xədicə ilə söhbət əsasında bir də onu öyrəndik ki, «Bakı» kafesinə lazımsız adamların baş çəkməməsi üçün kafe sahibi Oqtay Əsədov aylıq pul ödəyir. Hamının payı çatır və onlardan heç kim narazı qalmır.
Yol boyu Bakıya qayıtdıqca qulaqlarımızda Xədicənin sözləri səslənirdi: Oqtay Əsədova heç kim söz deyə bilməz. Özü keçmişdə polis olub. İndi də nəvəsi polisdir. Bizim «Bakı» kafesinin krişası Qubanın polis rəisinin özüdür və Oqtay hər ay ora haqq verir.
Doğrusu mətbuatda Ramin Usubovun adamı kimi təqdim edilən Qubanın
polis rəisi Süleyman Nemətovun adının bir iyrənc pritonla yanaşı çəkilməsi bizə inandırıcı görünmürdü. Fikirləşdik ki, bəlkə elə Süleyman Nemətovun «Bakı» kafesində tüğyan edən əxlaqsızlıqlardan və onun adından istifadə edilməsindən xəbəri belə yoxdur.
Daha sonra bir müddət əvvəl YAP-çı deputat Siyavuş Novruzovun fahişəliyin leqallaşdırılması ilə bağlı dedikləri yadımıza düşdü.
Bir məqamı unutayaq ki, ABŞ Dövlət Deportamentinin hesabatında xüsusi ilə vurğulanır ki, Azərbaycanda sistematik korrupsiya insan alverinə qarşı mübarizə işinə ciddi əngəl yaradır. Hüquq mühafizə orqanları qeyri qanuni fəaliyyətlərlə məşğul olan qruplardan rüşvət alır.
P/s: Maraqlıdır, əcəba Cənab Ramin Usubov bəzi keçmiş polis işçilərinin priton açıb, orada sexs sənayesi yaratmasına, həmçinin bir çox polislərin və polis rəislərinin sexs sənayesinə havadarlıq edib oradan evlərinə pul apararaq arvad-uşaq saxlamasına necə baxır?! Əcəba bir çox Azərbaycan polisinin pulunun seks sənayesindən çıxması millətin alnına qara ləkə deyilmi?
P.p.s: Bir neçə il öncə seks sənayesinə havadarlıq edənlərdən birinin həyat yoldaşının şəkli barların birində fahişələrin şəkilləri olan kotaloqdan çıxmışdır. Zənnimcə bu barədə düşünməyə dəyər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?